Məhkəmə qərarları › İş №8(004)-847/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-847/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-847/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1349/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1349/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X6 qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, tərəflər arasında Bakı Nikah Evi tərəfindən xx.xx.2009-cu il tarixdə 886 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçının xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanmasi qət edilmişdir. Hazırda borclu X8 ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1349/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə alimentin tutulma miqdarının əmək haqqından hər ay 1/4 hissədə aparılması qəraradad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, aliment borcunun 17000 AZN olduğu məlum olmuşdur. Yasamaİ rayon İcra Şöbəsinin icra məmuru Sahib Abdullayevin ilkin təqdimatına əsasən, əmək haqqından hər ay 50 % miqdarında tutulmanın aparılması onun iş yeri üzrə mühasibatlığa bildirilmiş, ancaq, daha sonrakı bildirişdə isə, əmək haqqından hər ay 70% miqdarında tutulmanın aparılması qərara alınmışdır. X1 çox istəyir, onun qayğısına qalır, onunla münasibətləri çox yaxşıdır və aliment ödəməkdən boyun qaçırtmır. Ancaq, anası bu yaxınlarda iflic xəstəliyinə tutulduğuna görə, onun müalicəsi üçün banklardan 82000 manat məbləğində kredit götürmüş və aylıq bank ödəmələri 2862,92 manat təşkil edir. Ödəniş cədvəllərinin sürətlərini də ərizəsinə əlavə edir. Əmək haqqından hər ay 70% miqdarında tutulmanın olacağı təqdirdə, banklara ödənişlərində çox böyük çətinliklər yaranacaqdır. Həmçinin, himayəsində olan yaşlı və xəstə anasınaa və atasına baxmasında da çox böyük çətinliklər meydana çıxacaqdır. Həmçinin yaşayış, qidalanma və səhiyyə xərclərinin də olacağını nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, tətərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1349/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X6 qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, tərəflər arasında Bakı Nikah Evi tərəfindən xx.xx.2009-cu il tarixdə 886 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçının xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanmasi qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Yasamaİ rayon İcra Şöbəsinin icra məmuru Sahib Abdullayev tərəfindən “Socar KBR" MMC-yə ünvanlanmış xx/xx-202621/18 saylı, xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2{004)-1349/2022 sayı 01,09.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı X5 əmək haqqından hər ay 50% miqdarında tutulmanın aparılması ilə bağlı xx.xx.2022-c il tarixli məktubla MMC-yə müraciət edilmişdir. MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən X5 qeyd olunan icra sənədi üzrə aliment borcunun 17000 AZN olduğu məlum olunmuşdur. Qeyd olunanları nəzərə alaraq aliment borcu ödənilənədək X4 əmək haqqından tutulmanın artırılaraq hər ay 70% miqdarında aparılması, aliment borcu bitdikdən sonra isə 1/4 hissədə tutulmanın aparılması xahiş olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə görə, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə görə isə, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin icra üsulunu və qaydasını dəyişdirilməsində məqsəd işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallara əsasən icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsindən ibarətdir. Hazırki halda isə ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1349/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsinə əsas olan, əmlak vəziyyəti və digər hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən icra sənədi üzrə icra hərəkətləri qanunun tələblərinə müvafiq qaydada aparıldığından və bu səbəbdən də ərizə əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1349/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu X4 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar