Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-85/2023 03.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-9714/2018-002 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə Abşeron rayon icra və probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon icra və probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı qanunsuz və əsassızdır. İcra məmuru qərar qəbul edilən zaman “İcra haqqında” Qanunun 23.1.2-ci maddəsinin tələblərini pozmuş və yalnış qərar qəbul etmişdir. Belə ki, borclunun ünvanını, adına olan nömrələri müəyyən edə bilməyən icra məmuru əmlakın aşkarlanmadığını qeyd etsə də, onun tərəfindən borclunun adına banklarda hesabların olması ilə bağlı həmin banklara sorğuların göndərilməsi və hesablar üzərinə inkasso sərəncamı qoyulması barədə heç bir sənəd qərara əlavə edilməmişdir. Borclunun cari hesabları olan əsas banklara isə ümumiyyətlə sorğular göndərilməmişdir. AR İqtisadiyyat Nazirliyinin yanında DƏDRX-ə əmlakla bağlı heç bir sorğu göndərilməmişdir. Bütün bu halları araşdırmaq əvəzinə icra məmuru “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etməklə kifayətlənmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsi tələbkar "xxxx" MMCnin şikayət ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra icraatı zamanı borclunun yaşadığı yeri tapmaq mümkün olmamışdır. Bununla belə icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı “Elektron icra” informasiya sistemi vasitəsi ilə elektron şəkildə sorğular edilmiş, lakin borclunun adına hər hansı əmlak və gəlir aşkar edilməmişdir. “İcra haqqında” AR Qanununun 23.1.2-ci maddəsinin mənasından aydın şəkildə görünür ki, borclu fiziki şəxsin yaşayış yerini müəyyən etmək mümkün olmadıqda icra sənədi məhkəməyə və digər orqana qaytarılır. Qeyd olunan maddədə “və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda” ifadəsi icra məmuruna seçim hüququnu verir, imperativ qaydanı nəzərdə tutmur. Digər tərəfdən xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2021-ci il tarixli, 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında əsasnamənin 1.4-cü bəndinə əsasən informasiya sistemi icra sənədlərinin və icra hərəkətlərinin elektron məlumat bazasının yaradılması, icra mexanizmlərinin təkmilləşdirilməsi, icra fəaliyyətində keyfiyyətin və çevikliyin artırılması, fiziki və hüquqi şəxslərə keyfiyyətli xidmətlərin göstərilməsi və onlar üçün informasiyanın əlçatanlığının təmin edilməsi məqsədilə formalaşdırılmışdır; 6.1.5-ci bəndinə əsasən icra hərəkətlərinin aparılmasına dair zəruri məlumatların real vaxt rejimində yoxlanılması; 6.1.11-ci bəndinə əsasən icra hərəkətlərinə dair məlumatların avtomatlaşdırılmış rejimdə və ya sorğular əsasında digər informasiya sistemlərinə və ehtiyyatlarına ötürülməsi; 11.1-ci bəndinə əsasən məlumat-axtarış işinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə informasiya sistemi Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “Banklar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir. Buna görə də "xxxx" MMC-nin şikayət ərizəsində icra məmuru tərəfindən ümumiyyətlə sorğuların göndərilməməsi ilə bağlı göstərdiyi hallar əsassızdır və yalnız formal mülahizələrə əsaslanır. Belə ki, icra məmuru tərəfindən “Elektron icra” informasiya sisteminin imkanlarından istifadə edilməklə aidiyyəti qurumlara sorğuların elektron şəkildə göndərilməsi sistemdən alınmış müvafiq çıxarışda əks olunur. Odur ki, məhkəmədən "xxxx" MMC-nin şikayətinin təmin olunmamasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Abşeron rayon icra və probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassızdır. İcra məmuru borclunun əmlakı ilə bağlı banklara və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRXə heç bir sorğu ünvanlamamışdır. Yəni icra məmuru tərəfindən tədbirlər görülməmiş və qanunvericiliyin tələbləri pozulmaqla qərar çıxarılmışdır. Odur ki, qeyd olunan qərarın ləğv edilməsini və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada xəbərdarz edilmələrinə baxmayaraq, iş üzrə borclu X6 və icra məmuru məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, verilmiş şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X1 kreditor "xxxx" MMC-nin xeyrinə 35,29 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması müəyyən edilərək, icra sənədi üzrə icraata başlanılmış, borclu X4 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Yasamal rayon icra şöbəsi tərəfindən icraata başlanılmış, qeyd edilən icra sənədi sonradan borclunun qeydiyyat ünvanı üzrə Abşeron rayon icra bə probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuşdur. Borclunun ünvanı natamam (Abşeron RPİ-nin inzibati binası) olduğu üçün yaşadığı yeri müəyyən etmək və adına olan nömrələrlə əlaqə yaratmaq mümkün olmamışdır. Bundan başqa, borclunun əmlak vəziyyətini və gəlirlərini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə müvafiq sorğular edilmişdir. Nəticə etibarilə borclunun adına hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-9714/2018- 002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, xx/xx-30530/5 saylı bildirişdən görünür ki, borclu X4 icra sənədi üzrə tələbin könüllü icrası ilə bağlı məktub göndərilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları Elşad Nəsibov, Şamo Babayev və Aydın Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 3 ünvanında olduqda X2 həmin ünvanda yaşamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi baradə” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılması və onun surətinin tərəflərə göndərilməsi qərara alınmışdır. “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, e30530/2019-27-23 saylı icra işi üzrə borclu X6 baradə sorğular edilmiş, adına daşınar və ya daşınmaz əmlakların, əmək haqqı, pensiya, təqaüd və başqa gəlirlərin olub-olmaması sorğu edilmiş və heç bir məlumat əldə oluna bilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.2-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş icra hərəkətlərinin tam həyata keçirilmədiyini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Abşeron rayon icra və probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X7 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9714/2018-002 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-85/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-85/2023
03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver