Məhkəmə qərarları › İş №8(004)-851/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-851/2025

02.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-851/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12369/2015 saylı, xx.xx.2015-ci il tarixi məhkəmə qərarı ilə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar xx.xx.2025-ci il tarixdə ərizə verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12369/2015 saylı, xx.xx.2015-ci il tarixi məhkəmə qərarı ilə müəyyən edilmiş 2810 pul məbləğini indeksləşdirilərək 2015-ci il noyabr ayından - 2025-ci il sentyabr ayınadək 197,4 faiz artımı (2810 AZN x 197,4 % = 5546,94 AZN) nəzərə alaraq cəmi 8356,94 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, indeksasiya ilə bağlı müraciət olunmuş ərizəsinə münasibət bildirmədən (baxılmadan) geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə (tələbkara) geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, və 268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12369/2015 saylı, xx.xx.2015-ci il tarixi məhkəmə qərarı ilə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar