Məhkəmə qərarları › İş №8(004)-86/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-86/2023

15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-86/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5503/2018 saylı icra sənədi üzrə borcluya məxsus əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclunun mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5503/2018 saylı icra sənədinə əsasən Borclu 1156,04 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-525/2020 saylı qərardadı ilə borcluya məxsus “VAZ 21074” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkarın xx.xx.2023-cü il tarixli məktubuna əsasən qeyd olunan icra sənədi tam şəkildə icra olunmuşdur. Bu səbəbdən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə zəruriyyət yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və əmlakın üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün onun üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-525/2020 saylı qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar