Məhkəmə qərarları › İş №8(004)-863/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-863/2022

21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-863/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5304/2013 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “əmlakın üzərinə həbs qoyulması haqqında” barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5304/2013 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu Ələkbər oğlunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5304/2013 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 13413.12 USD (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, tələbkar "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə ödənilməli, Borclu mülkiyyətində olan, “Chevrolet Aveo-minik” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməlidir. Həmin avtomaşın açıq hərracdan satılmalı və satışdan əldə edilmiş pul vəsaiti hesabına borclunun banka olan borcu ödənilməlidir. Borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa Borclu Ələkbər oğluna verilməlidir. “Chevrolet Aveo-minik” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil 1530 manata hərrac vasitəsilə satılmış və bu barədə xx.xx.2016-cı il tarixdə 59/04 nömrəli Hərrac təşkilatı tərəfindən yekun protokol təyin edilmişdir. Bundan sonra V. Ələkbərov tərəfindən ödəniş edilməmişdir. İcraat zamanı borcluya məxsus banklarda və digər kredit təşkilatlarında əmanətlər və qiymətli kağızlar aşkar edilməmişdir. Elektron icra informasiya sistemindən məlum olmuşdur ki, Borclu adına “Vaz 21060 Minik” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı və “X1” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdan keçmişdir.Tələbin sözügedən əmlaklara yönəldilməsi üçün əmlakların üzərinə həbs qoyulması məqsədəmüvafiq hesab olunur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş edirəm. Tələbkara, borcluya və Yasamal rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5304/2013 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, ödəniş gününə olan məzənnə üzrə 12625,44 ABŞ dolları əsas borc, 718,68 ABŞ dolları faiz borcu, 69 ABŞ dolları cərimə, cəmi 13413.12 ABŞ dolları Azərbaycan manatı ilə və 30 manat dövlət rüsumu Borclu tutularaq, tələbkar "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə ödənilməli, Borclu mülkiyyətində olan, “Chevrolet Aveo-minik” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməlidir. Həmin avtomaşın açıq hərracdan satılmalı və satışdan əldə edilmiş pul vəsaiti hesabına borclunun banka olan borcu ödənilməlidir. Borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa Borclu Ələkbər oğluna verilməlidir. xx.xx.2016-cı il tarixli 59/04 nömrəli açıq hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, “Chevrolet Aveo-minik” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil təkrar hərracda 1530 manata hərrac vasitəsilə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5304/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu Ələkbər oğlunun adına “Vaz 21060 Minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı və “X1” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmışdır. Məhkəmə yetkin yaşına çatmayan uşaqların yüksək mənafelərini və borc məbləğini nəzərə alaraq hesab edir ki, müvafiq icra sənədi üzrə Borclu Ələkbər oğlunun mülkiyyətində olan “Vaz 21060 Minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı və “X1” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5304/2013 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu Ələkbər oğlunun mülkiyyətində olan “Vaz 21060 Minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı və “X1” markalı, **-OA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar