Məhkəmə qərarları › İş №8(004)-87/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-87/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-87/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Mustafayev Təhmin Təhmasib oğlunun katibliyi ilə, Borclu Maraqlı şəxs iştirakı ilə, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5072/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5072/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5072/2022 saylı qətnaməsinin icrası zamanı tutulmalı aliment məbləğinin müvafiq indeksasiyasının həyata keçirilməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5072/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğinə uyğunlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla, cavabdeh Maraqlı şəxs arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 77 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X12, xx.xx.2006-ci il X10 və xx.xx.2011-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış, birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən Yasamal Rayon məhkəməsinin 2(004)-5328/2017 saylı qətnaməsinə əsasən, rəsmi nikaha xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2002-ci il təvəllüdlü X12, xx.xx.2006-ci il X10 və xx.xx.2011-ci il təvəllüdlü X13 cavabdehin himayəsində saxlanılmış və övladlarının yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay hər uşağa görə 200 (iki yüz) manat məbləğində olmaqla, ümumilikdə 600 (altı yüz) manat alimentin ondan tutularaq, cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra o, cavabdeh Maraqlı şəxs qarşı, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006-ci il X10 və xx.xx.2011-ci il təvəllüdlü X8 onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə muraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-441/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qeyd edir ki, övladlarının gələcək rifahının yaxşılaşdırılması, onlara yüksək səviyyədə təhsil vermək, yaşayış şəraitlərinin daha da yaxş olmağı üçün cavabdeh Maraqlı şəxs qarşı “Aliment tələbi” ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5072/2022 saylı Qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat məbləğində olmaqla, ümumilikdə 300 (üç yüz) manatməbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xodmətlərin qiyməti xeyli artmışdır. Bu səbəbdən xahiş edir ki, 2025-ci il üçün uşağların yaşayış minimumu (246 manat) nəzərə alaraq, öncədən təyin edilmiş alimentin miqdarı artırılsın və onun tam həcmdə ödənilməsi maraqlı şəxsdən tələb edilsin. Məhkəmə iclasında iştirak edən borclu ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5072/2022nömrəli qətməsinə əsasən Maraqlı şəxs 15 oktyabr 2006-cı il təvəllüdlü X7 və 17 avqust 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Göründüyü kimi indeksasiyanın məqsədi sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğunlaşdırılmasıdır. Belə ki, Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5072/2022 nömrəli qətnaməsi ilə Maraqlı şəxs 15 oktyabr 2006-cı il təvəllüdlü X7 və 17 avqust 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. X10 artıq yetkinlik yaşına çatmışdır. X3 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5072/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli miqdarında müəyyən edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ərizəçi alimetin minimum əmək haqqının 0,74 misli miqdarında müəyyən edilməsini xahiş etsə də, məhkəmə 2022-ci il üzrə minimum aylıq əmək haqqının 300 manat olmasını nəzərə alaraq hesab edir ki, təyin edilmiş 150 manat məbləğində aliment 2022-ci il üçün minimum aylıq əmək haqqının 0,5 misli həddində indeksasiya olunmalıdır (150:300=0,5). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5072/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 15 oktyabr 2006-cı il təvəllüdlü X10 artıq yetkinlik yaşına çatdığından indeksasiya yalnız 17 avqust 2011-ci il təvəllüdlü X11 münasibətdə aparılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5072/2022 nömrəli qətnaməsi ilə 17 avqust 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar