Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-873/2022 16.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8564/2014 saylı, 09 may 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı qərarın ləğv edilməsi barədə "xxxx" MMC-nin direktoru X2 şikayətinə baxaraq, məhkəmə Müəyyənetdi: "xxxx" MMC-nin direktoru X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2 (004)-8564/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixində xitam olunmuşdur. Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı tam əsassızdır. Odur ki, sözügedən icra sənədinin xitam olunması üçün tələbkar tərəfindən ərizə ilə müraciət olunmamışdır. Qeyd edilən icra sənədi üzrə hal hazırda borclu X1 tələb olunan qalıq borc 441,01 manat məbləğindədir və borclunun "xxxx" MMC-də işləməsi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Yasamal Rayon Məhkəməsinin 2 (004)-8564/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə dair Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli qərarın ləğv edilməsini və “X6 Azərbaycan” QSC-yə məlumat verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə barəsində şikayət edilən qərarın hansı qərar olduğu müəyyən edilə bilmir, çünki şikayət ərizəsinə şikayətin əsaslı olmasına dair hər hansı sübut-sənəd əlavə edilməmişdir. Yəni, tələbkarın icra məmurunun hansı qərarını mübahisələndirdiyi aydın olmamışdır. Bundan əlavə şikayətin məzmunundan görünür ki, tələbkarın mübahisələndirdiyi qərar xx.xx.2014-cü il tarixlidir. Bununla da şikayətin verilməsi üçün müddətin ötürülüb-ötürülməməsi məhkəməyə aydın olmamışdır. Belə ki, sözügedən qərar və qərarın əldə edilməsinə dair sübut təqdim edilməmişdir. Eyni zamanda şikayətə məhkəmə iclasında baxılmalı və məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməlidirlər. Lakin qərardad məhkəməyə təqdim edilmədiyindən işdə iştirak edən şəxslərin dairəsini müəyyən etmək və onlara məhkəmə iclası barədə məlumat verilməsi mümkün olmayacaqdır ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən Qəraraaldı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8564/2014 saylı, 09 may 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı qərarın ləğv edilməsi barədə "xxxx" MMC-nin direktoru X2 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, şikayət ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-873/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-873/2022
16.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver