Məhkəmə qərarları › İş №8(004)-896/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-896/2025

11.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-896/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, X1nın qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5693/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X2 "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2780 manat ödənilməmiş hissə, 195 manat cərimə olmaqla, cəmi 2975 manat, xx.xx.2020ci il tarixli müqavilə üzrə 470,3 manat ödənilməmiş hissə, 33 manat cərimə olmaqla, cəmi 503,3 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 447,6 manat ödənilməmiş hissə, 31 manat cərimə olmaqla, cəmi 478,6 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 126 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, cəmi 135 manat, ümumilikdə 4091,9 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60,91 manat məbləğində pul tutulmalıdır. X1 ərizə ilə məhkəməyə müraciət edərək, 2(004)-5693/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə aktının hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, tək qadındır, himayəsində iki uşaq vardır, hər ay 50 manat ödəyə bilər. Tələbkar "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 və Yasamal rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 231.2-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, iş materiallarını, həmçinin icra işinin materiallarını tədqiq edərək müəyyən edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5693/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, X2 "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2780 manat ödənilməmiş hissə, 195 manat cərimə olmaqla, cəmi 2975 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 470,3 manat ödənilməmiş hissə, 33 manat cərimə olmaqla, cəmi 503,3 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 447,6 manat ödənilməmiş hissə, 31 manat cərimə olmaqla, cəmi 478,6 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 126 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, cəmi 135 manat, ümumilikdə 4091,9 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60,91 manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X5 xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, e- 2(004)-5693/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, icra sənədinin icrası ilə bağlı X1nın əmək haqqından 50% məbləğin tutulması məqsədilə işəgötürən qismində X6 müraciət göndərilmişdir. Beləliklə, məhkəmə, ərizənin dəlillərini, iş materiallarını, həmçinin icra işinin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, borclu ərizəsində ödənilməli pul vəsaitini hazırda ödəyə bilməməsinin səbəbləri kimi göstərdiyi hallara (ailə vəziyyətinə, himayəsində uşaqların olmasına) və əmlak vəziyyətinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, borclu iş yeri və qazancı barədə də məlumat verməmişdir. Halbuki, iş materiallarından borcun artıq onun əmək haqqına yönəldildiyi aydın olur. Digər tərəfdən, borclunun hər ay 50 manat ödəniş edəcəyi təqdirdə icra sənədinin icrası üçün altı ilə yaxın müddət tələb olunur ki, bu hal qanunvericiliyin tələblərinə və kreditorun mənafeyinə aşkar surətdə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 12-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar