Məhkəmə qərarları › İş №8(004)-899/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-899/2025

12.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-899/2025 12.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Borclu iştiraki ilə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Rasim Hüseynovun təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Rasim Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.1983-cü il tarixdə anadan olmuş,Samux rayonu Salahlı Ə/D, Salahlı kəndində qeydiyyatda olan Borclu ökədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X1 və Borclu müştərək qaydada 25411,76 ABŞ dolları, Borclu 20000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi Borclu dair hissədə aidiyyatı üzrə icra edilməsindən ötrü Samux rayon İcra ve Probasiya şöbəsindən xx.xx.2024-cü tarixdə daxil olmuş və icra tədbirləri davam etdirilməklə tələbin icrasının təminindən ötrü bordu şəxsə bildiriş göndərilmişdir.İcra sənədi üzrə tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin bu müddət ərzində borclu tərəfindən tələb təmin edilməmişdir. Tələbkar Yasamal rayon icra şöbəsinə ərizə ilə müraciət edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında tədbir görülməsini xahiş etmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatla razılaşmayaraq, təqdimatın təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, ölkəyə çıxışına məhdudiyyət var. Digər məhkəmə prosesində vəkil tərəfindən ona dələduzluq edilmişdir və şikayət etmişdir. Ona hədə-qorxu gəlinməsi ilə bağlı səsyazıları mövcuddur. İcra sənədi üzrə ödəniş etsə də, həbs olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərək, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu ve X2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(044)-393/202 qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehler Borclu İsmay oğlu və X1 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, cavabdehlər X1 və Borclu müştərək qaydada 25411,76 ABŞ dolları, Borclu 20000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq iddiaçı Tələbkar verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər X1 və Borclu müştərək qaydada alınaraq iddiaçı Tələbkar verilməsi, iddianın 588,24 ABŞ dolları hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarına əsasən, xx.xx.1974-cü il tarixdə anadan olmuş, Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olan borclu X2 barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Samux Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Borclu ünvanlanmış 199211/2023-53-40-009 nömrəli, xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2025-ci il tarixli, 199211/2023-53-40 nömrəli xəbərdarlıq məktubundan görünür ki, icra sənədi üzrə borcu 46000 ABŞ dolları təşkil edir. Ona izah olunmuşdur ki, icra sənədi üzrə tələbi icra edərək məlumat verilmişdir. Göstərilmiş məlumatlar üzürsüz səbəbdən icra məmuruna verilmədikdə, həmin şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. O, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-697/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədini icra etmədiyinə görə Yasmal rayon Məhkəməsinin 3(004)-3636/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Ondan tələb olunur ki, xx.xx.2025-ci il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etsin. Əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci (iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəkdir. Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsində 2025-ci ilin oktyabr ayında verdiyi izahatından görünür ki, borclu icra sənədindən xəbərdar olunduğunu bildirmiş, borcunu hissə-hissə ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmiş, qeyd etmişdir ki, icra sənədi üzrə yalnız 20.000 ABŞ dolları ödəməyə imkanı var, qalan məbləğ digər borclu Xəqaniyə aiddir. İcra sənədi üzrə bugünədək 100 manat + 100 manat + 200 manat ödənişlər etmişdir. Onun əmək haqqı var, borcunu hissə-hissə ödəməkdən boyun qaçırmır, ödəməyə davam edəcəkdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. İş materiallarından görünür ki, borclu icra şöbəsi tərəfindən ona xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədini icrasını təmin etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1983-cü il tarixdə anadan olmuş, Samux rayonu Salahlı Ə/D, Salahlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1983-cü il tarixdə anadan olmuş, Samux rayonu Salahlı Ə/D, Salahlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar