Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-9/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru lİİ dərəcəli ədliyyə qulluqçusu X3 “Borclu əmlakı üzərinə həbs qoyulması barədə” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru lİİ dərəcəli ədliyyə qulluqçusu X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2660.14 məbləğində pul vəsaitinin tutularaq tələbkar «ABC Telecom” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Eyni zamanda, Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra işi üzrə icra məmuruna, borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, “Chevrolet Cruze” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icraat başlanılmışdır. İş materiallarında olan bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı bildiriş Borclu göndərilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının 3 aydır ki, icra olunmaması, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədilə təqdimat təmin olunmalı və Borclu mülkiyyətində olan 2014-cü il buraxılışlı “Chevrolet Cruze” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan 2014-cü il buraxılışlı “Chevrolet Cruze” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-9/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-9/2024
10.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver