Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-90/2023 17.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, X1, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından tələbkar X12 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iddiaçı X7 cavabdehlər X3, X10, X8, X2, X5 və X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək X7 Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi 180 saylı eveə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ixraata xitam verilməsi qərara alınmışdır. Hazırda tələbkar X12 ərizə ilə məhkəməyə müraciət edərək icra məmuru Bəxtiyar Babayevin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Bəxtiyar Babayev izahatında bildirmişdir ki, tələbkar X12 icraata xitam verilməsi haqqında qərarı imzalayaraq təhvil almışdır, yəni məlumatlı olmuşdur. Odur ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar X12 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə borclulara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə borcluların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarını tələbkar X12 xx.xx.2022-ci il tarixdə imzalayaraq təhvil almışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Yasamal İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından tələbkar X12 tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil almış və icra məmurunun qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürdüyündən ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından tələbkar X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-90/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-90/2023
17.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver