Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-903/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3229/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar X6 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar Adampara (Abdullayeva) Şəhla Elxan qızı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Yasamal rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(004)- 3229/2021 Qətnaməsi ilə 18 noyabr 2020-ci il təvəllüdlü X2 və 13 iyul 2017-ci il təvəllüdlü X1 üçün tutulmalı olan aliment məbləğinin indeksasiya olunaraq hər ay hər bir uşaq üçün ölkə üzrə minimum aylıq əmək haqqının 70%-1. yəni 280,00 (iki yüz səksən) manat olmaqla, aylıq cəmi 560,00 (beş yüz altmış) manat məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 05 oktyabr 2021ci il tarixli, 2(004)-3229/2021 saylı qətnaməsi ilə onun cavabdeh Borclu qarşı iddia tələbi təmin olunaraq cavabdehdən tutulmalı olan aylıq alimentin məbləği hər bir uşaq üzrə 175,00 (bir yüz yetmiş beş) manat olmaqla, aylıq cəmi 350,00 (üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Uşaqların saxlanılması üçün tələb olunan xərclər əvvəlki kimi yalnız geyim və qida ilə bağlı olmadığından aliment məbləğinin artırılmasına zərurət yaranmışdır. Uşağın təhsil alması ilə bağlı əlavə zəruri xərcləri yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə aidiyyəti üzrə borcluya, tələbkara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3229/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, Borclu ilə X7 arasında 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 541 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 anası X4 yanında qalmasının müəyyən edilməsi, Borclu xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmiş, sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamının 1-ci bəndinə əsasən, minimum aylıq əməkhaqqının məbləği 300 manat müəyyən edilmiş, sərəncam 2022-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3229/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Borclu ilə X7 arasında 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 541 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 anası X4 yanında qalması müəyyən edilməsi, Borclu xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması, Qətnamə aliment alınması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Hazırda tələbkar X10 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3229/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğdə müəyyən edilmişdir. 2021-cü il ölkə üzrə minimum əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. 175 manat sabit pul məbləğində aliment 2021-ci il üçün minimum əmək haqqının 0,7 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3229/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Borclu tutularaq iddiaçı X9 ödənilməli olan alimentin məbləği 05 dekabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3229/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Borclu tutularaq iddiaçı X9 ödənilməli olan alimentin məbləği 05 dekabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-903/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-903/2025
18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver