Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-907/2025 09.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2082/2014 saylı, xx.xx.2014-cü il tarixi məhkəmə qərarı ilə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar xx.xx.2025-ci il tarixdə ərizə verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2082/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 1373,40 manat pul məbləğini indeksləşdirilərək 2014-cü il fevral ayından 2025-ci il oktyabr ayınadək 204,00 faiz artımı (1373,40 AZN x 204,00 % = 2801,74 AZN) nəzərə alaraq cəmi 4175,14 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək qeyd edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2082/2014 saylı, xx.xx.2014-cü il tarixi məhkəmə qərarı ilə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə Tələbkar tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-907/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-907/2025
09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver