Məhkəmə qərarları › İş №8(004)-929/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-929/2025

09.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-929/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4027/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X3 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar Mansurova (Əliyeva) Sonaxanım Nəsi qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(004)-264/2022 nömrəli qətnaməsinin cavabdeh Borclu xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 130 manat məbləğində aliment alınaraq ona verilməsi hissəsində bir uşağa münasibətdə pul məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-264/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu ilə aralarında xx.xx.2015-ci ildə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 onun himayəsində saxlanılması və birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmasından ötrü hər ay hər bir uşağa 193 manat, cəmi 386 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət olunmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Sonradan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4027/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-264/2022 nömrəli qətnaməsi qismən dəyişdirilərək, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanmasından ötrü hər ay hər uşağa 130 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladları xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Borclu ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Borclu ərizəni qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə aidiyyəti üzrə tələbkara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4027/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Borclu apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2022 saylı mülki iş üzrə 15 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmiş, tərəflərin birgə nikahından doğulmuş 25 may 2016-cı il təvəllüdlü X10 atası Borclu alınıb anası X4 verilməsi, 24 noyabr 2007-ci il təvəllüdlü X8 və 25 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, 25 may 2016-cı il təvəllüdlü X2 üçün alimentin tutulmasının başlanğıcı uşağın atası Borclu alınıb anası X4 verildiyi gündən hesablanması, Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməsi, apellyasiya icraatı zamanı məhkəmə psixoloji ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 475948 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X5 arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 126 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Mənsurova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4027/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Borclu apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-264/2022 saylı mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, tərəflərin birgə nikahından doğulmuş 25 may 2016-cı il təvəllüdlü X10 atası Borclu alınıb anası X4 verilməsi, 24 noyabr 2007-ci il təvəllüdlü X8 və 25 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, 25 may 2016-cı il təvəllüdlü X2 üçün alimentin tutulmasının başlanğıcı uşağın atası Borclu alınıb anası X4 verildiyi gündən hesablanması, Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməsi, apellyasiya icraatı zamanı məhkəmə psixoloji ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Hazırda tələbkar Mansurova (Əliyeva) Sonaxanım Nəsi qızı alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4027/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşağa görə 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilmişdir. 2022-ci il ölkə üzrə minimum əmək haqqının məbləği 300 manat müəyyən edilmişdir. 130 manat sabit pul məbləğində aliment 2022-ci il üçün minimum əmək haqqının 0,43 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4027/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 25 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı Mansurova (Əliyeva) Sonaxanım Nəsi qızına ödənilməli olan alimentin məbləği 12 dekabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4027/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 25 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı Mansurova (Əliyeva) Sonaxanım Nəsi qızına ödənilməli olan alimentin məbləği 12 dekabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar