Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-93/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı Yasamal Rayon Məhkəməsinin 2(004)-3963/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il tarixdə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq 13 Hərbi Şəhərciydə qeydiyyatda olan borclu X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3963/2023 nömrəli, xx.xx.2023-cu il tarixli icra sənədinə əsasən cavabdeh X4 18000 (on səkkiz min) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməlidir. İş üzrə borclu borclu X1 müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdəndə borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. İcra işi üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini bildirərək, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qəradad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra işi üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: 17 oktaybr 2023-cü il tarixli, 2(004)-3963/2023 saylı icra vərəqəsinə əsasən, iddia tələbi qismən təmin edilərək, cavabdeh X4 1800 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Yasamal Rayon Məhkəməsinin 17 oktaybr 2023-cü il tarixli, 2(004)-3963/2023 il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu X6 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli, e313013/2023-53-24-004 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu X8 bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-3963/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1976-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq 13 Hərbi Şəhərciydə qeydiyyatda olan X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3963/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1976-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq 13 Hərbi Şəhərciydə qeydiyyatda olan X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-93/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-93/2024
06.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver