Məhkəmə qərarları › İş №8(004)-94/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-94/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-94/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, X2, Borclu iştirakı ilə, X2 “yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin miqdarının artırılması” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2619/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1652/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı X5 cavabdeh Borclu qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2619/2023 nömrəli xx.xx.2023- cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər uşağa görə 200 manat olmaqla ümumilikdə 600 manat məbləğində məbləğində aliment artırılsın və hər ay hər uşağa münasibətdə 210 (iki yüz on) manat olmaqla ümumilikdə 630 (altı yüz otuz) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2024-cü il tarixdə icra sənədi verilmişdir. Bu xüsusat ərizədə göstərilməsə də, məhkəmə iclasında müəyyən edildiyindən qərar qəbul edilərkən nəzərə alınır. Ərizə tələbi, icraat iştirakçılarının izahatları Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment miqdarının artırılması və hər uşaq üçün 246 manat miqdarında alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.”

Məhkəmənin mövqeyi

İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2619/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1652/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı X5 cavabdeh Borclu qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2619/2023 nömrəli xx.xx.2023- cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər uşağa görə 200 manat olmaqla ümumilikdə 600 manat məbləğində məbləğində aliment artırılsın və hər ay hər uşağa münasibətdə 210 (iki yüz on) manat olmaqla ümumilikdə 630 (altı yüz otuz) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. X4 alimentin artırılmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1652/2024 nömrəli qətnaməsinə əsasən aliment miqdarı hər uşağa münasibətdə 210 manat məbləğdə müəyyən edilmişdir. 2024-cü il üzrə ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 210 manat məbləğdə aliment 2024-cü il üçün minimum əmək haqqının 0,58 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 (210 manat : 345 manat = 0,61 misli) misli həddində indeksasiya olunmalıdır. Yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin tutulmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Və eyni zamanda indeksasiya zamanı uşaqlar üçün yaşayış minimumu məbləği yox, ölkə üzrə minimum əmək haqqı məbləği əldə rəhbər tutulur. Ərizəçi tələb üzrə aliment məbləğinin 246 manat həddinə qaldırılmasını xahiş etsə də, məhkəmə mövcud təcrübəni və “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək ərizəni alimentin məbləğinin artırılması kimi deyil, indeksasiyası kimi nəzərə almaqla qərar qəbul etməyi və mübahisəni həll etməyi əsaslı hesab edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1652/2024 nömrəli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2 “yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin miqdarının artırılması” barədə ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1652/2024 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa münasibətdə tutulan 210 manat sabit pul məbləğində alimentin məbləği hər ay hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin olunmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar