Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-942/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə X1 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə X3 məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2408/2025 saylı qətnaməsinin icra olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal rayonu Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2408/2025 saylı qətnaməsi ilə Borclu MTK tərəfindən 1350 AZN və ödənilmiş dövlət rüsumuna görə 33.50 AZN məbləğində pulun tutularaq mənə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2025-ci il qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.Yuxarıda adı çəkilən qətnamə hal-hazırda Yasamal rayon İcra şöbəsinin İcra məmuru Anar Əyyubovun icraatındadır. Lakin cavabdeh tərəf ödənilməli olan pul məbləğini ödəməyərək qətnamənin icrasını ləngidir. İcra məmuru Anar Əyyubov bununla bağlı icra hərəkətlərini həyata keçirmir və heç bir icra tədbiri görmür. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş tələbkar X3 ərizəsinin təmin olunmasını xahiş etmişdir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və icra işini araşdıraraq hesab edir ki, verilmiş ərizə təmin edilməlidir. Belə ki, e85839/2025-53-38 saylı icra işində olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Borclu Mənzil Tikinti Kooperativindən 1350 (bir min üç yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 33.5 (otuz üç manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu MTK–ya 10 gün müdəttində icranı könüllü olaraq təmin edilməsinin təklif olunması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, e85839/2025-53-2 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu Mənzil Tikinti Kooperativindən 1350 (bir min üç yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 33.5 (otuz üç manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. İcra işinin materiallarından da görünür ki, icra məmuru Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icraata başlamış, xx.xx.2025-ci il tarixli, e85839/2025-53-2 saylı tələbin könüllü icrası haqqında bildirişlə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Lakin daha sonra icra məmuru tərəfindən hər hansı bir hərəkət edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməli; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməsi vəzifəsi icra məmuruna həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2408/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməsi vəzifəsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-942/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-942/2025
15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver