Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-96/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Tələbkar övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 11:00dan saat 13:00-dək 2 saat ünsiyyətdə olmaq hüququ verilməlidir. İcra sənədi xx.xx.2019cu il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Səfərova Yaqub qızının icra sənədində göstərilən - ünvan 2 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu qıznın (***-***-**-**) telefon nömrəsi ilə əlaqələri saxlanılmış lakin, borclu telefona cavab verməyərək qərəzli şəkildə telefonu söndürmüş, icra sənədini təmin etməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Borclu məcburi gətiriməsi barəcə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, iş üzrə tələbkar məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra işini, təqdimatı və ona əlavə olunmuş sənədləri, araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. İcra işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən iş üzrə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəsmi qaydada iş üzrə borclua göndərilmiş, eyni zamanda icraata başlamaq haqqında qərar da borcluya rəsmi qaydada göndərilmişdir. Eyni zamanda icra məmuru tərəfindən borclunun icra şöbəsinə çağırılması və çağırışlaraq əməl etməyərək gəlməməsi səbəbindən məcburi gətirilməsi barədə qərar qəbul edilərək, borcluya məxsus mobil nömrəyə SMS bildirişdə göndərilmişdir. Belə ki, iş materiallarında olan: Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tətib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, onun alındığı (təqdim edildiyi) andan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-96/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-96/2023
06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver