Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-976/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4258/2025 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Tələbkar "xxxx" MMC məhkəməyə şikayət verərək, e-2(004)-4258/2023 saylı, 22 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 6498 (altı min dörd yüz doxsan səkkiz) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 6508 (altı min beş yüz səkkiz) manat borc və 84,98 (səksən dörd manat doxsan səkkiz qəpik) manat borc məbləği olan pulun "xxxx" MMC xeyrinə tutulması üzrə könüllü icra müddəti 20 (iyirmi) aydan çoxdru ki bitmişdir. İcra məmuru tərəfindən isə borclu barəsində “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülmür. Bu səbəblə, icra vərəqəsi üzrə "xxxx" MMC-nin xeyrinə qət edilmiş pulun borcludan tutulması üzrə məcburi icra tədbirlərinin davam etdirilməsini, həmçinin icra məmuru X3 barəsində xidməti araşdırma aparılmasını və müəyyən intizam tənbeh tədbirləri görülməsini "xxxx" MMC adından məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4258/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu qalıq ümumi borc üzrə olan 6498 (altı min dörd yüz doxsan səkkiz) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 6508 (altı min beş yüz səkkiz) manat borc və 84,98 (səksən dörd manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə e-2(004)- 4258/2023-025 nömrəli icra işi Bakı şəhəri, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 icraatına verilmişdir. Sözügedən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra borclu Borclu tərəfindən icra vərəqəsi üzrə borc öhdəliyi tam icra edilmədiyi üçün tələbkar tərəf olaraq tərəfimizdən dəfələrlə borclu və onun ailə üzvlərindən məhkəmə qərarı əsasında mövcud borc öhdəliyinin icra edilməsi tələb edilmiş, lakin borclu "xxxx" MMC qarşısında olan borc öhdəliyindən müxtəlif bəhanələrlə yayınmışdır. Hal-hazırda e-2(004)-4258/2023 saylı, 24 noyabr 2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 icraatmdadır. İşin icraatında olan icra məmuru tərəfindən Borclu icra şöbəsinə dəvət olunmuş, borc haqqında bildiriş özünə təqdim edilmiş və 10 (on) gün könüllü icra müddəti ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu 10 (on) gün könüllü icra müddəti bitdikdən sonra icra vərəqəsi üzrə borcu tamamlamamışdır. Hal-hazırda Borclu qətnamə üzrə qalıq borcu 5792 (beş min yeddi yüz doxsan iki manatdır) manatdır. Daha sonra Borclu ilə istər "xxxx" MMC əməkdaşları, istərsə də Bakı Şəhəri, Yasamal Rayon İcra Şöbəsi tərəfindən dəfələrlə borcun ödənilməsi tələb edilsə də, Borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclu tərəfindən qərəzli formada ödəniş öhdəliyindən boyun qaçırılır. Buna görə işin icraatında olan icra məmurundan borclu barəsində protokol tərtib edilib məhkəməyə çıxarılmasını xahiş etmişdir. İşin icraatında olan icra məmuru X3 birmənalı şəkildə onların tələbini yerinə yetirməyəcəyini bildirir. Göründüyü kimi icra məmuru tərəfindən işlə bağlı heç bir tədbir görülmür. Borclunun məcburi gətirilməsi və ya axtarışa verilməsi barədə də tələblərini iləri sürdüyü zaman isə icra məmuru tərəfindən işə biganə yanaşılır. Hesab edir ki, icra məmuru öz vəzifə səlahiyyətlərini qərəzli formada icra etmir və bununla bağlı X3 barəsində xidməti araşdırma aparılmalı və müəyyən intizam tənbeh tədbirləri görülməlidir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli e-2(004)-4258/2023-025 saylı icra vərəqəsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Artıq həmin qərarın çıxarılmasından 20 (iyirmi) aydan çox müddət keçmişdir. Bu da özlüyündə, "xxxx" MMCnin xeyrinə qət edilmiş e-2(004)-4258/2023 saylı, 11 mart 2024-cü il tarixli məhkəmə qərarının icrasını heç bir üzrlü səbəb olmadan uzadılması deməkdir. Bu isə vəzifəli şəxsin işə laqeyd yanaşması, öz xidməti vəzifəsini öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsidir. Daha sonra tələbkarın nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, şikayət ərizəsini dəyişdirərək Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə şikayət ərizəsini müdafiə edərək, ona verilən suallara cavab olaraq bildirdi ki, icra sənədi üzə borclunun adına əmlak yoxdur. İcra sənədi üzə borclunun barəsində başqa icra işləri də var. İcra işi üzrə cəmi 3 il ərzində 600 manat pul ödəmişdir. İcra sənədinin geri qaytarılması barədə qərardan məlumatları olmamışdır, onlara qərarın nüsxəsi göndərilməmişdir. Bu səbəbdən şikatə üzrə tələbi dəyişməli oldular. İcra məmuru icra sənədi üzrə hərəkətsizlik edir. Borclu ilə heç bir razılıq əldə edilməmişdir. Sadəcə keçən dəfə borcu barəsində inzibati protokol tərtib edilən gün borclu qəzaya düşmüşdü deyə ayaqüstə dayana bilmirdi və icra məmuru da bu vəziyyətdə onu məhkəməyə çıxara bilməyəcəyini bildirdi. Qeyd olunanlara əsasən məhkəmədən şikayət ərizəsinin təmin olunmasını xahiş etdi. Borcluya və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclu və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” 10 dekabr 2025-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4258/2025 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 6498 (altı min dörd yüz doxsan səkkiz) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 6508 (altı min beş yüz səkkiz) manat borc və 84,98 (səksən dörd manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şikayətə əlavə edilmiş Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” 10 dekabr 2025-ci il tarixli qərarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4258/2025 saylı, xx.xx.2023cü il tarixli icra sənədini 10 dekabr 2025-ci il tarixdə geri qaytarılması barədə qərara qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X1 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Nəticə etibarilə, müvafiq zəruri icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılmalıdır. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4258/2025 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4258/2025 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun “icra sənədinin qaytarılması haqqında” 10 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin və və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-976/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-976/2025
06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver