Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-977/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, ərizəçi Tələbkar iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5025/2022 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə ərizəçi Tələbkar tərəfindən verilmiş “pul məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar verilmiş “pul məbləğinin indeksasiyası” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2022ci il tarixli, 2(004)-5025/2022 saylı qərarına əsasən tutulmalı olan və bu günədək ödənilməmiş borcun 2022, 2023, 2024 və 2025-ci illər üzrə indeksasiyasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 08 dekabr 2015-ci il tarixində tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır. Mən, Tələbkar, cavabdeh Borclu 170,000 (bir yüz yetmiş min) manat məbləğində nağd pul borcu vermişəm. Müqaviləyə əsasən, borcun 04 dekabr 2020-ci il tarixədək tam ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh öhdəliyini vaxtında yerinə yetirməmiş, yalnız 2025-ci ildə 14,530 (on dörd min beş yüz otuz) manat ödəmişdir. Beləliklə, əsas borcun 155,470 (bir yüz əlli beş min dörd yüz yetmiş) manatı bu günədək ödənilməmiş qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş №e 2(004)-5025/2022 saylı qərarına əsasən, 170,000 (bir yüz yetmiş min) manat borcun mənim xeyrimə tutulması müəyyən edilmişdir. Lakin bu qərar bu günədək tam icra olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən öhdəliyin uzun müddət yerinə yetirilməməsi nəticəsində borcun real dəyəri azalmış və indeksasiya tətbiqi həm hüquqi, həm də İqtisadi baxımdan əsaslıdır. Borclu üzərinə düşən öhdəliyi icra etməməklə, icra işini qərəzli şəkildə uzadaraq öz əmlakını əlində saxlamağa çalışdıqca, tələbkar olaraq mənə ödənilməli olan pulun dəyəri itir. Günü-gündən istehlak qiymətləri artır, inflyasiya və digər iqtisadi proseslər nəticəsində ödənilməli olan pulun real dəyəri azalır və ödəmə qabiliyyətini itirir. Cavabdeh Borclu müxtəlif vasitələrlə məhkəmə qərarının icrasından yayınmağa çalışır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-34/2-848/02-2/2025 saylı rəsmi məktubunda istehlak qiymətləri indeksinə dair aşağıdakı göstəricilər təqdim olunmuşdur: 2022-ci ildə əvvəlki ilə nisbətən 113,9%; 2023-cü ildə əvvəlki ilə nisbətən 108,8%; 2024-cü ildə əvvəlki ilə nisbətən 102,2%; 2025-ci ilin yanvar–sentyabr ayları üzrə isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7% təşkil etmişdir. Bu rəsmi məlumatlara əsaslanaraq, borcun alıcılıq qabiliyyətinin azaldığı açıq şəkildə görünür və indeksasiya tələbi qanuni əsaslara tam uyğundur. İndeksasiya aşağıdakı Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi göstəricilər əsasında aparılmış və hesablanmışdır: Hesablama: 1) 2022-ci il üzrə (113.9%), Artım: 13.9% 170,000 0.13923,630 Yeni məbləğ: 193,630 manat. 2) 2023-cü il üzrə (108.8%), Artım: 8.8% 193,6300.088 = 17,039 Yeni məbləğ: 210.669 manat. 3) 2024-cü il üzrə (102.2%), Artım: 2.2% 210,669 0.022-4,635 Yeni məbləğ: 215,304 manat. 4) 2025-ci il üzrə (105.7%)* - əvvəlki ilin müvafiq dövrünə nisbətən. Artım: 5.7%, 215,304-14,530 (ödəniş) = 200,774 × 0.057 = 11,444 Yeni məbləğ: 212,218 manat. Ümumi indeksasiya məbləği: 23,630 + 17,039+4,635+11,444 = 56,748 manat. Cəmi tələb olunan məbləğ: 155,470 manat (əsas bore) + 56,748 manat (indeksasiya) 212,218 manat. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 2025-ci ilin mart ayından ödəniş edilməyə başlanmışdır və əvvəlki illərin ödənişlərinin indeksasiya edilməsini xahiş edir. O, hesablamalar edərkən Mərkəzi Statistika Komitəsinə müraciət edərək inflyasiya dərəcələrini müəyyənləşdirmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, ödənişi borclu özü edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İcra məmuru X5 izahatında bildirmişdir ki, icra sənədi üzrə icra tədbirləri həyata keçirilmişdir. İlk dəfə 2024-cü ildə borclu barəsində inzibati təhbeh tətbiq edilmişdir. Yalnız bu ilin martından başlayaraq təxminən 13.000 manat məbləğində pul ödənmişdir. Borclunun ev şəraitinə də baxış keçirmişlər, onun başqa borcları da var və ödənişi həyata keçirmir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" tərəfindən təqdim edilən Tələbkar bank hesabından xx.xx.2024-xx.xx.2025-ci il tarixli və xx.xx.2025-xx.xx.2025-ci il tarixli çıxarışlardan görünür ki, Tələbkar hesabına xx.xx.2025-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda ümumilikdə 9700 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Tələbkar ünvanlanmış 3-34/2-848/02-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, istehlak qiymətləri indeksinə dair məlumatlara əsasən, 2022-ci ildə əvvəlki ilə nisbətən 113,9%; 2023-cü ildə əvvəlki ilə nisbətən 108,8%; 2024-cü ildə əvvəlki ilə nisbətən 102,2%; 2025-ci ilin yanvar–sentyabr ayları üzrə isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7% təşkil etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/) əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, 2025-ci ilin mart ayında 2023-cü ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 108,6% təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 8,6 faiz artmışdır. e11120/2023-53-31-001 nömrəli icra işində olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsi üzrə 170.000 (bir yüz yetmiş min) manat borc və 295 (iki yüz doxsan beş) manat dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, müvafiq qətnamə 10 yanvar 2023-cü il tarixdə qanuni qüvvəsini almış və 13 yanvar 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5025/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin e11120/2023-53-31-003 nömrəli, xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Borclu icra sənədinin 10 gün müddətində könüllü icrası etməsi, əks halda icranın məcburi qaydada təmin olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu bildirişin surətini xx.xx.2023-cü il tarixdə almışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarına əsasən, xx.xx.2020-ci il tarixli qərarla icrasına başlanmış Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1342/2020 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanmış Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4038/2022 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-297/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi, birləşdirilmiş icra sənədlərinə vahid rəqəm verilərək 163239/2020 nömrəsi ilə qeydiyyata alınması qərara alınmışdır. Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5025/2022- 016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbi maddi imkanının borcu ödəməyə imkan verməməsidir, heç bir yerdə işləmir. 15-20 gündür ki, Əcəmi metrosunun çıxışında meyvə satmağa başlamışdır. İşi təzə qurmuşdur. Qazanc əldə etdikcə Emil müəllimə ödəniş etmişdir. İcra sənədi üzrə bu günədək təqribi 1500 manat ödəniş etmişdir. Hazırda borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. İşlədikcə, pul qazandıqca ödəniş edəcəkdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızlarınız və ya əmanəti yoxdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən İcra Xidmətinin rəisi – baş icra məmuru, baş ədliyyə müşaviri Vidadi Məmmədova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5025/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 170.000 (bir yüz yetmiş min) manat borc və 295 (iki yüz doxsan beş) manat dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borclu qismində bir neçə icra işi olduğundan sözügedən İcra sənədləri icra məmurunun qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4038/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 60699,93 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2022-ci il tarixdə icraata qəbul olunaraq müvafiq qaydada icraata başlanılmışdır. Həmçinin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1342/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 5995,40 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon, Məhkəməsinin 2(004)-297/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 115000 ABŞ dolları və 486 manat dövlət rüsumu tutularaq X1 ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul olunmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə iş üzrə borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin zəruri ev əşyalarından başqa heç bir dəyərli əmlak aşkar olunmamışdır. Bu barədə icra məmuru tərəfindən müvafiq akt tərtib olunmuşdur. Əlavə olaraq qeyd olunur ki, icraat dövründə borclunun mülkiyyətində qiymətli kağızların, bank hesablarının və hesablardaki vəsaitlər barədə məlumatların əldə olunması məqsədi ilə müxtəlif banklara müraciətlər olunmuşdur. Bununla bağlı "xxxx" QSC, "xxxx" ASC, "xxxx" ASC" "xxxx" ASC, "xxxx" ASC, "xxxx" QSC, "xxxx" ASC və Milli Depozit Mərkəzindən sorğulara cavablardan heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və X6 Agentliyinə və X3 və X7 Xidmətinə və Aqrar Xidmətlər Agentliyinə edilmiş sorğulardan borcluya məxsus hər hansı əmlak aşkar edilməmişdir. Həmçinin "Elektron icra" sistemindən əldə olunan məlumata əsasən borclunun adına heç bir əmlak və gəlir növü aşkar edilməmişdir. İş üzrə borclu tərəfindən icra sənədlərinin icrası təmin olunmadığından xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1794/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. Məlumat üçün qeyd olunur ki, iş üzrə Tələbkar xx.xx.2023-cü il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə onun tələbkar olduğu icra sənədi üzrə borclu barəsində inzibati xəta haqqında protokolun tərtib olunmamasını və borcun ödənilməsi üçün ona 1 ay vaxt verdiyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə iş üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat baxılması üçün məhkəməyə göndərilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-457/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Daha sonra icra sənədləri üzrə Borclu olduğu yeri müəyyən etmək mümkün olmadığından onun axtarılması haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək icra olunması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Görülmüş tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə borclu şöbəyə gətirilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1086/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iş üzrə Borclu 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra icraatdan yayınması səbəbi ilə iş üzrə borclu barəsində AR İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2162/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Əlavə olaraq qeyd olunur ki, iş üzrə Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək borclunun ona 1910 manat ödəniş etdiyini qalıq borcun 168385 manat təşkil etdiyini bildirmiş və borclu barəsində heç bir icra tədbirinin görülməməsini xahiş etmişdir. Həmçinin qeyd olunur ki, 2025-ci ilin mart ayından etibarən müxtəlif vaxtlarda borclu tərəfindən ümumilikdə 11370 manat ödəniş olunmuşdur. Hazırkı müraciət araşdırılarkən borclu barəsində xx.xx.2025-ci il tarixli axtarış qərarı qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarında qeyd olunur ki: “İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2025-ci il 15 aprel tarixli Qərarı).” “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizə üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı məbləğlərin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsi üzrə 170.000 (bir yüz yetmiş min) manat borc və 295 (iki yüz doxsan beş) manat dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 10 yanvar 2023-cü il tarixdə qanuni qüvvəsini almış və 13 yanvar 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Hazırda tələbkar borclu tərəfindən 2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, ödənilməli olan 170.295 manat məbləğində pulun 2022, 2023, 2024 və 2025-ci illər üzrə indekasiyasının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, borclu tərəfindən icra sənədi üzrə 2025-ci ilin mart ayından etibarən müxtəlif vaxtlarda ödənişlər olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/) əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, 2025-ci ilin mart ayında 2023-cü ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 108,6% təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 8,6 faiz artmışdır. Ona görə də məhkəmə hesab edir ki, 2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tutulmalı olan 170.295 manat pul qətnamə qanuni qüvvəyə mindiyi 2023cü ilin yanvar ayından 2025-ci ilin mart ayınadək indeksasiya olunmalı, yuxarıdakı istehlak qiymətləri indeksləri barədə məlumatlar nəzərə alınmaqla indeksasiya olunaraq tutulmalı məbləğ 14.645,37 (170.295 x 108,6 % = 184.940,37, 184.940,37 – 170.295 = 14.645,37 manat) manat müəyyən edilməlidir. Tələbkar ərizəsində tutulmalı olan məbləğin həm də 2022-ci il üzrə indeksasiya edilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, indeksasiya yalnız məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən etibarən həyata keçirilir. Bu səbəbdən məhkəmə ərizəni qalan hissədə təmin etmir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Tələbkar ödənilməli olan 170.295 manat pul məbləği indeksasiya edilərək, Borclu ərizəçi Tələbkar xeyrinə əlavə olaraq 14.645,37 (on dörd min altı yüz qırx beş manat otuz yeddi qəpik) manat tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5025/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Tələbkar ödənilməli olan 170.295 manat pul məbləği indeksasiya edilərək, Borclu 14.645,37 (on dörd min altı yüz qırx beş manat otuz yeddi qəpik) manat ərizəçi Tələbkar xeyrinə əlavə olaraq tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-977/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-977/2025
06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver