Məhkəmə qərarları › İş №8(004)-979/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-979/2025

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-979/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X1 tərəfindən verilmiş icra üzrə icraatın dayandırılması barədə ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X8 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3671/2025 saylı həmin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək icra işinin icraatının dayandırılmasının Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı iş üzrə, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddiaçı X3 ilkin iddiası, yəni, alğı-satqı müqavilənin etibarsız hesab edilməsinə, cavabdeh Maraqlı şəxs2 adına xx.xx.2023-cü il tarixli, ********** sayla reyestrdə qeydiyyata alınmış çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs2, cavabdehlər X7 və X5 qarşı, mənzilin boşaldılması, mənzildən çıxarılması, mənzilin təhvil verilməsi və mənzil təhvil verilənədək aylıq dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, mənzil təhvil verilənədək xx.xx.2024-cü il tarixədək hesablanmış aylıq 500 manat cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3671/2025 saylı həmin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)- 3535/2024 saylı iş üzrə, xx.xx.2024- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3671/2025 saylı həmin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verildiyindən bu iş üzrə icra işinin dərhal dayandırılması barədə Yasamal rayon İcra və Probasiya Şöbəsinə (İcra məmuru İ.Allahverdiyev) müraciət edilsə də, hal- hazıradək icra işi dayandırılmamış, icra məmurunun iştirakı olmadan tələbkar Maraqlı şəxs2 tərəfindən, səlahiyyətlərini aşaraq, əksinə prosessual hüquq normalarına və “İcra haqqında” AR Qanununun 17 və 18-ci maddələrinin tələblərinə zidd şəkildə, onun da iştirakı olmadan əşyalarının və avadanlıqlarının dağıdılaraq evdən çıxarılması naməlum istiqamətdə daşınması və ona bu haqda heç bir rəsmi sənəd təqdim edilməməsi ilə bağlı dağıdıcı hərəkətlər davam etdirilir. Halbuki, onun tərəfindən dəfələrlə rəsmi və qeyri-rəsmi bildirilmişdir ki, onun ünvan 1 ünvanda yerləşən mənzildən başqa yaşayış yeri yoxdur, eləcə də, onkoloji xəstə kimi müalicəsini münasib ev şəraitində almaqdan başqa çarəsi yoxdur. Bu səbəbdən də ona müəyyən vaxt verilməlidir ki, o özünə yaşamaq üçün bir yer tapmalıdır. Ona naməlum səbəblərdən həmin qətnamə rəsmi qaydada təqdim olunmamışdır. Yəni, bu işlə bağlı apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən xəbəri olmamışdır. Hazırda isə onun tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verildiyindən icra işinin icraatının dayandırılması üçün kifayət qədər hüquqi əsaslar yaranmışdır. Bu səbəbdən, qanunla nəzərdə tutulmuş hüquqlarının bərpa edilməsi üçün prosessual-hüquq normalarının müəyyən etdiyi hüquqlarından istifadə etməyi zəruri hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş sənədlərdən də göründüyü kimi o, uzun müddətdir ki, onkoloji xəstəlikdən müalicə alır, bununla bağlı çox vaxt hüquqlarının təmsil edilməsində ona çətinlik yaranır. Bu səbəbdən qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün ona şərait yaradılmasını aidiyyəti təşkilatlardan xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. X1 xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, hazırda müalicədə olmağını nəzərə alaraq məhkəmə iclasının onun və vəkilinin iştirakı ilə keçirilməsinə şərait yaratmağını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri və eləcə də, icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə cavabdeh Maraqlı şəxs2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs2 cavabdehlər X9, X6 qarşı “mənzilin boşaldılması, mənzildən çıxarma, mənzilin təhvil verilməsi və mənzil təhvil verilənədək aylıq dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzilin qarşılıqlı iddia üzrə cavabdehlər X9 və X8 tərəfindən öz vəsaitləri hesabına boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin iddiaçı Maraqlı şəxs2 təhvil verilməsi, ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzilin iddiaçı Maraqlı şəxs2 təhvil verilənədək xx.xx.2024-cü il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyanın qarşılıqlı iddia üzrə cavabdehlər X9 və X2 müştərək qaydada tutularaq Maraqlı şəxs2 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi 07 noyabr 2024-cü il tarixdə qanuni qüvvəsini almış, 16 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin 19 noyabr 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə X1na tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3671/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3671/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətinin bərpa edilməsinə və kassasiya şikayətinin baxılması üçün aidiyyəti instansiyaya göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3671/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3671/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə X4 ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 17-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.7. icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda. Göründüyü kimi, hazırki iş üzrə verilmiş kassasiya şikayəti müvafiq məhkəmənin icraatında deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində icra sənədi üzrə icraatın dayandırılmasını məcburi edən hal mövcud olmadığından ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X1 tərəfindən verilmiş icra üzrə icraatın dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar