Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-98/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5, Borclu iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5144/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X7 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə "borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.1970-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5144/2024-016 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Borclu Qizindan 11251.94 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2024-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdəndə borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasın, məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X7 borcun tam ödənildiyini nəzərə alaraq, təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu "xxxx" ASC-yə olan borcun tam olaraq ödənildiyini bildirərək, təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, tələbkar, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Borclu, X2 və X1 müştərək qaydada 9385,3 (doqquz min üç yüz səksən beş manat, otuz qəpik) manat məbləğində əsas borc, 1593,25 (bir min beş yüz səksən beş manat, iyirmi beş qəpik) manat məbləğində faiz borcu və 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 11128,55 (on bir min yüz iyirmi səkkiz manat əlli beş qəpik) manat borcun və 123.39 (bir yüz iyirmi üç manat otuz doqquz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın sürəti və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü il tarixdə sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 214 İB nömrəli məktuba əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5144/2024 nömrəli icra sənədinə əsasən Borclu, X4 və X3 "xxxx" ASC-yə olan borcunu tam olaraq ödədiyi qeyd olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə icra sənədinin tam icra olunduğunu nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-98/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-98/2025
06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver