Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-985/2025 13.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi (tələbkar) Tələbkar tərəfindən verilmiş ödənilməli olan pul məbləğlərinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 kreditor Tələbkar xeyrinə 924 manat əsas, 203 manat cərimə borcu, cəmi 1127 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 21 manat məbləğində pul vəsaitinin borcludan kreditorun xeyrinə tutulması əmr edilmişdir. Hazırda, ərizəçi (tələbkar) Tələbkar “ödənilməli olan pul məbləğlərinin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 1148 pul məbləğini indeksləşdirilərək 2014-cü il iyun ayından 2025-ci il oktyabr ayınadək 207,20 faiz artımı (1148 AZN x 207,20 % = 2378,66 AZN) nəzərə alaraq cəmi 3526,26 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1148 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il oktyabr ayında 2014-cü il iyun ayına nisbətən istehlak qiymətləri indeksi 207,20 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır. Ərizəçi (tələbkar) Tələbkar məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclulara və maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borcluların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 kreditor Tələbkar xeyrinə 924 manat əsas, 203 manat cərimə borcu, cəmi 1127 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 21 manat məbləğində pul vəsaitinin borcludan kreditorun xeyrinə tutulması əmr edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin pərakəndə satış qiymətləri və istehlak qiymətləri indeksi haqqında xx.xx.2025-ci il tarixli məlumatına əsasən müəyyən olunur ki,qiymətlərin səviyyəsi 2015-ci ildə 2014-cü ilin iyul ayına nisbətən 8.8%, 2016-cı ildə 2015-ci ilə nisbətən 14.7%, 2017-ci ildə 2016-cı ilə nisbətən 7.7%, 2018-ci ildə 2017-ci ilə nisbətən 1.6%, 2019-cu ildə 2018-ci ilə nisbətən 2.4%, 2020-ci ildə 2019-cu ilə nisbətən 2.7%, 2021-ci ildə 2020-ci ilə nisbətən 11.4%, 2022-ci ildə 2021-ci ilə nisbətən 13.5%, 2023-cü ildə 2022-ci ilə nisbətən 2.1%, 2024-cü ildə 2023-cü ilə nisbətən 4.6%, 2025-ci ilin sentyabr ayında 2024-cü ilin müvafiq ayına nisbətən 3.5% artmışdır. Beləliklə 2014-cü ilin iyul ayından 2025-ci ilin oktyabr ayına qədər olan dövrdə ümumilikdə qiymətlərin səviyyəsi 73% artmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1148 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Bildirilir ki, məhkəmə qərarından sonra olan ödəniş olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına - əzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Məhkəmə qeyd edir ki, ərizəçinin tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 1148 manat pul məbləğinin 2014-cü il iyun ayından 2025-ci il oktyabr ayınadək 207.20 faiz artım (1148 manat x 207.20%=2378.66 manat) nəzərə alınaraq, 3526.26 manat məbləğində indeksləşdirilməsinin müəyyən edilməsindən ibarətdir. Ərizəçinin 1148 manat pul məbləğinin indeksasiya olunması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə əmrində ümumilikdə 1148 manat məbləğində pul vəsaitinin ərizəçinin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, məhkəmə qərarından sonra borclu tərəfindən ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, indeksləşdirmə 1148 manat həddində aparılmaldır. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş pərakəndə satış qiymətləri və istehlak qiymətləri indeksi haqqında xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, 2014-cü ilin iyul ayından 2025-ci ilin oktyabr ayına qədər olan dövrdə istehlak qiymətlərin səviyyəsi 73% artmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə əmri üzrə borclular borclular Borclu1 və Borclu2 müştərək qaydada tutulmalı olan 1148 (bir min yüz qırx səkkiz) manat indeksasiya edilməklə 838.04 (1148 manat x 73%:100%=838.04) (səkkiz yüz otuz səkkiz manat dörd qəpik) manat həcmində icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 231,232, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5729/2014 saylı, 17 iyun 2014-cü il tarixli məhkəmə əmri üzrə borclular Borclu1 və Borclu2 müştərək qaydada tutulmalı olan 1148 (bir min yüz qırx səkkiz) manat indeksasiya edilməklə 838.04 (səkkiz yüz otuz səkkiz manat dörd qəpik) manat həcmində icra.edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-985/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-985/2025
13.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver