Məhkəmə qərarları › İş №8(004)-994/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-994/2025

06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-994/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-284/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-284/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə əmlakın üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan ünvan 2ində 0.2 ha kənd təsərrüfatı təyinatlı **********36 reyestr nömrəli və ünvan 2ində 0.04 ha kənd təsərrüfatı təyinatlı **********39 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-284/2025-017 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə Borclu 32556 (otuz iki min beş yüz əlli altı) manat məbləğində pul və 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Daha sonra iş üzrə Borclu şöbəyə dəvət edilmiş və xx.xx.2025- ci il tarixdə “icrata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişi imzalayaraq qəbul etmişdir. “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən qeydiyyata alınmış çıxarışa əsasən ünvan 2ində 0.2 ha kənd təsərrüfatı təyinatlı **********36 reyestr nömrəli və ünvan 2ində 0.04 ha kənd təsərrüfatı təyinatlı **********39 reyestr nömrəli torpaq sahələri Borclu mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatla razılaşaraq, onun təmin edilməsini xahiş etmişdir. İcra işi üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-284/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 32556 (otuz iki min beş yüz əlli altı) manat məbləğində pul və 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, 2(004)-284/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsinin təklif olunması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, e160820/2025-53-31 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Borclu icra sənədinin 10 gün müddətində könüllü icrası etməsi, əks halda icranın məcburi qaydada təmin olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu bildirişin surətini xx.xx.2025-ci il tarixdə almışdır. "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış PB- OUT-06318-2025/2 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məktubda sorğulanan şəxslərin adına "xxxx" ASC-də xx.xx.2025-ci il tarixinə heç bir bank hesabı mövcud deyildir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış 6- 3/xx/xx-11214 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, barələrində sorğu edilən şəxslərin adlarına "xxxx" ASC-də hər hansı aktiv bank hesabı mövcud deyildir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış 5141 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qərarda adları qeyd olunan şəxslər "xxxx" ASC-nin müştəri bazasında qeydə alınmamışdır. “X1” ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış OD- OUT-08688-2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Borclu adına "Unibank" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətində olan hesablar barədə və onlarda qalan qalıq barədə məlumat icra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 3-21-3-41/2-3667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Borclu adına ünvan 2ində 0.0400 ha və 0.2000 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Həmin torpaq sahələrinə aid çıxarışların təsdiq olunmuş surətləri məktuba əlavə edilmişdir. Həmin məktuba əlavə olunmuş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə Borclu adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə Borclu adına qeydiyyata alınmışdır. Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbi maddi vəziyyətinin borcu birfdəfəyə ödəməyə imkan verməməsidir, əlavə borcları var. İcra sənədi üzrə bu günədək ödəniş etməmişdir. Mülkiyyətində Şamaxı rayonu Muğanlı kəndində 0,04 ha və 0,20 ha torpaq sahələri var. Borcun həmin torpaq sahələrinə yönəldilməsinə etiraz etmir. Torpaq sahələrindən əlavə mülkiyyətində iki nəqliyyat vasitəsi var, lakin onları etibarnamə ilə satmışdır. Hazırda harada və kim tərəfindən idarə olunması barədə məlumatı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-284/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 32556 (otuz iki min beş yüz əlli altı) manat məbləğində pul və 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə verilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icraata başlanılması haqqında qərar qəbul edilmişdir. Borcluya xx.xx.2025ci il tarixli bildiriş göndərilərək 10 gün müddətində könüllü icra etməsi barədə xəbərdarlıq edilmişdir. Borclu bildirişin surətini xx.xx.2025-ci il tarixdə almış, lakin bu müddətdə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən tələbin ödənilməsi borclu tərəfindən təmin edilmədiyindən, tələbin icrası məqsədi ilə borcluya məxsus ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 0,04 ha olan və ümumi sahəsi 0,2 ha olan xüsusi təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 0,04 ha olan və ümumi sahəsi 0,2 ha olan xüsusi təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar