Məhkəmə qərarları › İş №8(005)-100/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-100/2023

28.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-100/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2410/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu X2 məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3121/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu X2 inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə Nərimanov Rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə cavabdeh X4 xx.xx.2021- ci il tarixli müqaviləsinə əsasən 820.8 manat ödənilməmiş hissə, 82.2 manat cərimə, ümumilikdə 903 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, könüllü icra barədə bildirişlə icra olunması üçün borclu X2 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin verilmiş könüllü müddət ərzirdə borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin buna baxmayaraq borclu X4 şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunun çağırışına məhəl qoymamışdır. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X6 təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, borclu X2 məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2410/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X4 xx.xx.2021- ci il tarixli müqaviləsinə əsasən 820.8 manat ödənilməmiş hissə, 82.2 manat cərimə, ümumilikdə 903 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2410/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin qərarının surətindən görünür ki, X4 icra sənədi icra edilmədiyi təqdirdə məcburi gətirilməsi və bu haqda təqdimatla məkəməyə müraciət olunması barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2410/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar borclu X2 Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, borclu X4 məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2410/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə borclu X1 rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar