Məhkəmə qərarları › İş №8(005)-102/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-102/2023

02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-102/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin və Nərimanov Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “icra ödənişinin alınması barədə” qərarlarının icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin MN ******* nömrəli, 19 07.2022-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin və Nərimanov Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “icra ödənişinin alınması barədə” qərarlarının icrasını təmin etmək məqsədilə ilə Borclu mülkiyyətində olan “Vaz 21074 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 50 manat məbləğində inzibati cərimə dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün xx.xx.2022-ci il tarixli qərarla 3,50 manat məbləğində icra ödənişinin alınması haqqında qərar qəbul edilmişdir. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinn MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 50 manat məbləğində inzibati cərimə dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün xx.xx.2022-ci il tarixli qərarla 3,50 manat məbləğində icra ödənişinin alınması haqqında qərar qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 56 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün xx.xx.2023-cü il tarixli qərarla 3,92 manat məbləğində icra ödənişinin alınması haqqında qərar qəbul edilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “Vaz 21074 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu qeyd edilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(005)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 03 oktyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu 50 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında və xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Borclu 50 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu 56 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra ödənişinin alınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 50 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra ödənişinin alınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 50 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra ödənişinin alınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “Vaz 21074” markalı, **-MD-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus “Vaz 21074” markalı, **-MD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin MN ******* nömrəli, 19 07.2022-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin və Nərimanov Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “icra ödənişinin alınması barədə” qərarlarının icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Vaz 21074 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar