Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-109/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Vüsal Şirinovun “İcra sənədinin qaytarılması haqqında” 24.01.2022-ci il tarixli qərarının ləğv edilməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-1498/2016-cı il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılması barədə borclu (ərizə verən şəxs) X2 şikayətinin mümkünlüyünə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu (ərizə verən şəxs) X3 məhkəməyə şikayət ərizəsi təqdim edərək, İİ dərəcəli ədliyyə qulluqçusu Vüsal Şirinovun “İcra sənədinin qaytarılması haqqında” 24.01.2022-ci il tarixli qərarının ləğv edilməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-1498/2016-cı il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Ravon Məhkəməsinin 2(102)- 1498/2016 saylı qətnaməsi üzrə borclu "xxxx" MMC-dən 450000 manat məbləğində maddi ziyanının əvəzi, 1000 manat məbləğində mənəvi zərərin əvəzi və dövlət rüsümunun 5 manat hissəsinin əvəzi tutularaq tələbkar X2, yəni onun xeyrinə ödənilməsi qət edilmişdir. Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 24.01.2022-ci il tarixli qərar qəbul edərək icranı mümkün hesab etməmiş, nəticədə İcra sənədini Abşeron Rayon Məhkəməsinə qaytarmışdır. "xxxx" MMC-nin təsisçisi Sadıqov Nəsimi Allaherdİ oğlu adları göstərilən direktorları özünün toxunulmazlığından sui-istifadə elməklə məsul şəxsləri məsuliyətdən yayındırmaqla məhkəmə qərarının icra olunmaması üçün bir başa vasitəçi olmuşdur. Nərimanov Rayon İcra və Probasiya Şöbəsi "xxxx" MMC-nin təsisçisi X1 və direktorları barəsində heç bir tədbir görməmiş və onun hüquqlarını pozmuşdur. Borclu (ərizə verən şəxs) X3 qərara rəsmi surətinə imza edərək 24.01.2021-ci il tarixdə almışdır. Məhkəmə borclu (ərizə verən şəxs) X2 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət aidiyyəti üzrə Bakı Şəhəri Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra şöbəsinin icra sənədinin qaytarılması barədə qərarından görünür ki bşeron Rayon Məhkəməsinin 2(012)- 1498/2016 nömrəli 08.07.2016-cı il tarixli icra vərəqəsi verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi tələbkar tərəfindən məhkəmədə qaldırılmış iddia tələbi ümumi məhkəmədə baxılan mübahisələrə aid olaraq aidiyyət qaydalarına əsasən Abşeron Rayon Məhkəməsində baxılmışdır. Qeyd olunan iş üzrə icra mərhələsində icra məmurunun hərkət və hərkətsizliyindən aidiyyəti məhkəməyə müraciət edilməlidir. Hazırda tələbkar tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə və verilmiş icra sənədinin icrasının davam etdirilməsi yönəlmişdir. Azərbaycan Respublikası “İcra Haqqında“ qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi hazırda Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə şikayət ərizəsi qeyd olunan icra sənədini vermiş məhkəməyə verilə bilər. Belə olan halda hazırda şikayət ərizəsinə Nərimanov rayon İcra şöbəsinin yerləşdiyi ərazi üzrə məhkəmədə deyil icra sənədini vermiş məhkəmədə baxılmalıdır. Belə ki, hazırda ərizəçi tərəfindən mübahisələndirilən qərar icra sənədinin geri qaytarılması olsa belə həmin qərar hüquqi nəticəsi baxımından icra vərəqəsinin icrasının edilməməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Qərarının 1-ci bəndinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş icra sənədindən göründüyü kimi, icra sənədi Abşeron Rayon Məhkəməsi tərəfindən verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru, X4 “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə və icra sənədinin icrasının davam etdirilməsinin təmin edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılması barədə tələbkar X2 şikayətinə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru, X4 “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə və icra sənədinin icrasının davam etdirilməsinin təmin edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılması barədə tələbkar X2 şikayətinə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti rəsmi təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-109/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-109/2022
10.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver