Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-110/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, X1 icra üsulunun dəyişdirilməsi barədə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 25.10.2018-ci il təvəllüdlü X4 ilə ünsiyyətinə dair icra üsulunun dəyişdirilməsi, oğlu ilə onun istədiyi məkanda ünsiyyətinə icazə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18.03.2022-ci il tarixdə X3 məhkəməyə ərizə ünvanlayaraq, ərizəsini və ona əlavə edilmiş sənədlərin əslini geri qaytarılmasını xahiş edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 427.1-ci maddəsinə əsasən təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Göründüyü kimi, 18.03.2022-ci il tarixdə X3 məhkəmə dəftərxanası vasitəsi ilə məktub təqdim edərək, ərizəsini və ona əlavə edilmiş sənədlərin əslini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 icra üsulunun dəyişdirilməsi barədə ərizəsi geri və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-110/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-110/2022
18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver