Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-111/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun, X1 və X23, Borclu MMC-nin nümayəndəsi (direktoru) X15, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X49 Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1114/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4613/2016 saylı, xx.xx.2016-cı il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1471/2017 saylı, xx.xx.2017ci il tarixli, Nərimanov Rayon Mənkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-yə məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1471/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Mənkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu MMC-yə məxsus Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 42 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 10 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 26 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 36 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 33 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 83 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5,1 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 4 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 79 saylı mənzilin və Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 29 saylı mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6658/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X38 ilə Borclu MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin tikintisi və satışına dair müqavilə ləğv edilməli və Borclu MMC-dən mənzilə görə ödənilmiş 13700 ABŞ dolları ödəniş günü üçün AR MBnin məzənnəsi ilə manatla, əldən çıxmış fayda kimi 3425 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq tələbkar X16 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən cəmi 18730 manat məbləğində pul alınaraq X7 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 2000 manat məbləğində mənəvi ziyan tələbkar X17 xeyrinə ödənilməli, xx.xx.2016-cı il tarixdən etibarən Borclu MMC tərəfindən X24 peşə əmək qabiliyyətinin 70 faiz itirilməsinə görə aldığı 400 manat əmək haqqısının 70 faizi miqdarında yəni, 280 manat məbləğində aylıq ödənc verilməsi, peşə əmək qabiliyyətinin itirilmə faizinin 70 faizdən fəqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 70 faizə uyğun ödəncin verilməsi davam etdirilməsi, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə həmin faiz 70 faizdən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödənc həmin faizə uyğun verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X44 ilə Borclu MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış mənzil tikintisi və satışına dair müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının 2-ci giriş 6-cı mərtəbə ümumi sahəsi 59 kv.m olan 1 otaqlı mənzilin müqavilədə nəzərdə tutulan şərtlərə uyğun X31 təhvil verilməsi Borclu MMC-nə həvalə edilməli və 10 manat dövlət rüsumu Borclu MMC-dən alınaraq X31 verilməlidir. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X12 ilə Borclu MMC arasında xx.xx.2011-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Borclu MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyli küçəsi 5 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 35 kv.m olan 2 ədəd avtomobil dayanacağı sahəsinin tələbkar X6 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. İcra sənədi xx.xx.2017-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X18 ilə Borclu MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış mənzil tikintisi və satışına dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 2-ci giriş 9-cu mərtəbə ümumi sahəsi 130.3 kv.m olan 3 otaqlı mənzilin X8 təhvil verilməsi, mənzilin dəyərinin tam ödənildiyinə dair maliyyə arayışının verilməsi və mənzilin təmirə icazə verilməsi Borclu MMC-yə həvalə edilməli və 10 manat dövlət rüsumu Borclu MMC-dən alınaraq X8 verilməlidir. İcra sənədi xx.xx.2018-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X45 ilə Borclu MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab ediməsi, tələbkar X45 ilə Borclu MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə ödənilmiş 127100 manat məbləğində pul, 182900 manat məbləğində zərər, cəmi 310000 manat məbləğində pul Borclu MMC-dən tutularaq iddiaçı X32 ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il tarixli, 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə Borclu MMC-dən 50000 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 15173,61 manat, ümumilikdə 65173,61 manat, vurulmuş mənəvi zərərə görə 1000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkar X9 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 42612 manat məbləğidə pul X25, 24919 manat isə X10 xeyrinə ödənilməli, əlavə olaraq Borclu MMC-dən 30 manat dövlət rüsumu tulularaq X25 və X10 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X26 Borclu MMC-yə qarşı pul və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, 44995,6 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Borclu MMC-dən tutularaq tələbkar X33 ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X27 ilə Borclu MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli Mənzil Tikintisinə və Satışına dair müqavilə ləğv edilməli və Borclu MMC-dən 18730 manat məbləğində pul tələbkar X7 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Nikoyl İKB ilə borclu X56 MMC arasında xx.xx.2012-ci il tarixli, 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 3894346,05 manat məbləğində pulun cavabdeh “X56” MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, Nikoyl İKB ilə Borclu arasında xx.xx.2012-ci il tarixli 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 817241,78 manat məbləğində pulun cavabdeh Borclu MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi "xxxx" MMC ilə Nikoyl İKB arasında bağlanmış xx.xx.2012-ci il tarixli 6-BİZ-İ-0-43-12(İ) və 6-BİZ- İ-0-44-12(İ) saylı sonrakı ipoteka müqavilələrirə əsasən ipoteka qoyulmuş Neftçala rayonu, Həsənabad qəsəbəsi ünvanında istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602.1 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 6-BlZ-l-0-0-43-12(G) və 6-BİZ-1-0-43-12(G) saylı girov müqaviləsinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı yükləyiciyə yönəldilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci ildə Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədləri tərəfindən xx.xx.2023-cü ildə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. Lakin buna baxmayaraq, Borclu MMC tərəfindən icra sənədində göstərilən tələb könüllü müddət ərzində icra edilməmişdir. Belə olan halda məcburi icra hərəkətləri həyata keçirilərək, Borclu MMCnə məxsus qeyd olunmuş mənzillərin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovu təqdimata uyğun izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X1 və X45 təqdimatın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Borclu MMC-nin nümayəndəsi (direktoru) X39, nümayəndəsi və vəkili Vəkil bildirdilər ki, təqdimatda qeyd edilmiş mənzillər başqa şəxslərə satılmış və onların üzərinə həbsin qoyulması həmin şəxslərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Göstərilənləri nəzərə alaraq, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada digər tələbkarlar xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin normalarına uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, X38 ilə Borclu MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli Mənzilin Tikintisinə və Satışına dair müqavilənin ləğv edilməsi və Borclu MMC-dən mənzilə görə ödənilmiş 13700 ABŞ dolları ödəniş günü üçün AR MB-nin məzənnəsi ilə manatla, əldən çıxmış fayda kimi 3425 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq tələbkar X16 xeyrinə ödənilməsi qət edilmişdir; Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı X27 ilə cavabdeh Borclu MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli Mənzilin Tikintisinə və Satışına dair müqaviləsinin ləğv edilməsi, Borclu MMC-dən 17000 manat məbləğində pul, 1700 manat məbləğində bank uçot fair dərəcəsi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 18730 manat məbləğində pulun alınaraq X7 xeyrinə ödənilməsi qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Borclu MMC-dən 2000 manat məbləğində mənəvi ziyanın tələbkar X17 xeyrinə ödənilməsi, xx.xx.2016-cı il tarixdən etibarən Borclu MMC tərəfindən X24 peşə əmək qabiliyyətinin 70 faiz itirilməsinə görə aldığı 400 manat əmək haqqısının 70 faizi miqdarında yəni, 280 manat məbləğində aylıq ödəncin verilməsi, peşə əmək qabiliyyətinin itirilmə faizinin 70 faizdən fəqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 70 faizə uyğun ödəncin verilməsinin davam etdirilməsi, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə həmin faiz 70 faizdən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödəncin həmin faizə uyğun verilməsi qət edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X44 ilə Borclu MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış Mənzil Tikintisinə və Satışına dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının 2-ci giriş 6-cı mərtəbə ümumi sahəsi 59 kv.m olan 1 otaqlı mənzilin müqavilədə nəzərdə tutulan şərtlərə uyğun X31 təhvil verilməsi Borclu MMC-nə həvalə edilməsi və 10 manat dövlət rüsumu Borclu MMC-dən alınaraq X31 verilməsi qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X12 ilə Borclu MMC arasında xx.xx.2011-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Borclu MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyli küçəsi 5 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 35 kv.m olan 2 ədəd avtomobil dayanacağı sahəsinin tələbkar X6 təhvil verilməsi vəzifəsinin qoyulması qət edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-1471/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X18 ilə Borclu MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış Mənzil Tikintisinə və Satışına dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 2-ci giriş 9-cu mərtəbə ümumi sahəsi 130.3 kv.m olan 3 otaqlı mənzilin X8 təhvil verilməsi, mənzilin dəyərinin tam ödənildiyinə dair maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi Borclu MMC-yə həvalə edilməsi və 10 manat dövlət rüsumu Borclu MMC-dən alınaraq X8 verilməsi qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, tələbkar X45 ilə Borclu MMC arasında Mənzil Tikintisinə və Satışına dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab ediməsi, tələbkar X45 ilə Borclu MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə ödənilmiş 127100 manat məbləğində pulun, 182900 manat məbləğində zərərin, cəmi 310000 manat məbləğində pulun Borclu MMC-dən tutularaq iddiaçı X32 ödənilməsi qət edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, xx.xx.2010-cu il tarixli, 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə Borclu MMC-dən 50000 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 15173,61 manat, ümumilikdə 65173,61 manat, vurulmuş mənəvi zərərə görə 1000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkar X9 xeyrinə tutulması qət edilmişdir; Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, 40264,10 manat əsas borc, 2348,70 manat faiz borcu, cəmi 42612,80 manat məbləğində pul vəsaitinin Borclu MMC-dən tutularaq X25 xeyrinə verilməsi, 23545,90 manat əsas borc, 1373,50 manat faiz borcu, cəmi 24919,40 manat məbləğində pul vəsaitinin Borclu MMC-dən tutularaq X10 xeyrinə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun Borclu MMC-dən tutularaq iddiaçılar X34 və X13 verilməsi qət edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, tələbkar X26 Borclu MMC-yə qarşı pul və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, 44995,6 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu MMC-dən tutularaq tələbkar X33 ödənilməsi qət edilmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Nikoyl İKB ilə borclu “X56” MMC arasında xx.xx.2012-ci il tarixli, 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 3894346,05 manat məbləğində pulun cavabdeh “X56” MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, Nikoyl İKB ilə Borclu arasında xx.xx.2012-ci il tarixli 6-BİZ-l-0-43-12(Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş cəmi 817241,78 manat məbləğində pulun cavabdeh Borclu MMC-dən tələbkar Nikoyl İKB-nın xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi "xxxx" MMC ilə Nikoyl İKB arasında bağlanmış xx.xx.2012ci il tarixli 6-BİZ-İ-0-43-12(İ) və 6-BİZ-İ-0-44-12(İ) saylı sonrakı ipoteka müqavilələrirə əsasən ipoteka qoyulmuş Neftçala rayonu, Həsənabad qəsəbəsi ünvanında istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602.1 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 6-BlZ-l-0-0-43-12(G) və 6-BİZ-1-0-43-12(G) saylı girov müqaviləsinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı yükləyiciyə yönəldilməsi qət edilmişdir; xx.xx.2023-cü il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” icra məmuru Vüsal Şirinovun qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X49 Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1471/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Mənkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin ümumi bir icraatda birləşdirilməsi qərara alınmışdır; AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov rayon İcra şöbəsinə xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubun surətində qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə icra edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5 - 42, 10, 26, 36, 33, 83, 1, 4, 79, 29 saylı mənzillər üzərinə həbs qoyulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, qərarda qeyd olunan digər daşınmaz əmlaklar müxtəlif vaxtlarda özgəninkiləşdirilib və hal-hazırda mülkiyyət hüququ üzrə “Svit Haus’’ MMC-nə məxsus deyil, digər fiziki şəxslərə məxsusdur; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2012-ci il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2013-cü il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X35 arasında ünvan 5 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 2-ci mərtəbəsində 2 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 1) mənzilin satışına dair müqavilə bağlanmış və X14 həmin mənzildə yaşadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2016-cı il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2016-cı il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X4 arasında ünvan 5 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 2-ci mərtəbəsində 4 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 4) mənzilin satışına dair müqavilə bağlanmış və həmin mənzilin sahibi X2 olduğu, maliyyə borcunun olmadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2007-ci il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2011-ci il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X5 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 3-cü mərtəbəsində 4 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 10) mənzilin satışına dair müqavilə bağlanmış və həmin mənzilə görə X3 maliyyə borcunun olmadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2013-cü il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2013-cü il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X40 arasında ünvan 5 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 7-ci mərtəbəsində 2 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 26) mənzilin satışına dair müqavilə bağlanmış və X19 həmin mənzildə yaşadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2011-ci il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2014-cü il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X46 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 8-ci mərtəbəsində 2 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 33) mənzilin satışına dair müqavilə bağlanması və həmin mənzilə görə X28 maliyyə borcunun olmadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2020-ci il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2020-ci il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X41 arasında Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, bina 8, 36 saylı mənzilin satışına dair müqavilə bağlanması və həmin mənzilin sahibi X20 olduğu, maliyyə borcunun olmadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2011-ci il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2011-ci il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X29 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 10-cu mərtəbəsində 2 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 42) mənzilin satışına dair müqavilə bağlanması və həmin mənzilə görə X11 maliyyə borcunun olmadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2011-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X47 arasında ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində 17-ci mərtəbəsində 3 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 79) mənzilin satışına dair müqavilə bağlanması və həmin mənzilə görə X30 maliyyə borcunun olmadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2019-cu il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2019-cu il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X58 arasında Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, bina 8, 83 saylı mənzilin satışına dair müqavilə bağlanması və həmin mənzilin sahibi X48 olduğu, maliyyə borcunun olmadığı qeyd edilmişdir; Mənzil Tikintisinə və Satışına dair xx.xx.2013-cü il tarixli müqavilənin və “Svit Haus’’ MMC-nin xx.xx.2013-cü il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, Borclu MMC ilə X51 arasında ünvan 5 ünvanında yerləşən yaşayış binasının 2-ci girişində 10-cu mərtəbəsində 3 otaqlı (Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 29) mənzilin satışına dair müqavilə bağlanması və həmin mənzilin sahibi X36 olduğu, maliyyə borcunun olmadığı qeyd edilmişdir; Məhkəmə hesab edir ki, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1 və 45.2-ci maddələrinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Adıçəkilən Qanunun 45.3 və 45.6-cı maddələrinə uyğun olaraq, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən isə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, müxtəlif məhkəmə icra sənədlərinin icrasının təmin etmək məqsədi ilə təqdimatda qeyd edilmiş mənzillərin Borclu MMC-nin mülkiyyətində olmasını ehtimalında olan icraçı həmin mənzillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Lakin sözügedən mənzillər müqavilələr əsasında digər şəxslərə satılmışdır. Lakin borclu ilə mənzilləri əldə edən şəxslər arasında müqavilə məhkəmənin həmin mənzillərə dair icra vərəqələri çıxarılmamışdan əvvəl bağlanmışdır. Borclu MMC göstərilən mənzillərə dair müxtəlif fiziki şəxslərlə müqavilələr bağlayaraq mənzilləri tikib həmin şəxslərə verməyi öhdəsinə götürmüşdür. Yəni MMC-nin fəaliyyəti inşaat işlərini həyata keçirməkdən ibarət olmuş, mənzillərin inşası fiziki şəxslərin maliyyə vəsaiti hesabına həyata keçirilmişdir. Mənzillər xüsusi hüquq əsasında Borclu MMC-nin adına qeydə alınsa da, qeydə alınmada məqsəd ondan ibarət olmuşdur ki, mənzillərin inşası başa çatdıqdan sonra MMC ilə fiziki şəxlərin arasında alqı-satqı müqaviləsinin bağlanması mümkün olsun. Mənzillərin üzərinə həbs qoyulması və mənzillərin satılması yolu ilə tələbin mənzillərə yönəldilməsi həmin fiziki şəxslərin qanuni maraqlarının pozulması ilə nəticələnəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, işin həqiqi halları nəzərə alınmaqla belə vəziyyətdə təqdimatın təmin edilməsi “İcra haqqında” Qanunun 43, 45 və 50-ci maddələrin mənasına uyğun deyildir və icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 saylı, xx.xx.2016-cı il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 saylı, xx.xx.2016-cı il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3211/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5497/2017 saylı, xx.xx.2017-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1471/2017 saylı, xx.xx.2017-ci il tarixli, Nərimanov Rayon Mənkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 saylı, xx.xx.2015-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 saylı, xx.xx.2019-cu il tarixli və 1 saylı Bakı inzibatilqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu MMC-yə məxsus Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 42 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 10 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 26 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 36 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 33 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 83 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5,1 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 4 saylı mənzilin, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 79 saylı mənzilin və Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 29 saylı mənzillərin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-111/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-111/2023
30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver