Məhkəmə qərarları › İş №8(005)-115/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-115/2022

18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-115/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, X1 Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar X2 Rayon İcra Şöbəsinin icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinov “İcra sənədinin qaytarılması haqqında” 24.01.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icrasının davam etdirilməsi üçün Nərimanov Rayon İcra Şöbəsinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14.03.2022-ci il tarixdə X3 məhkəməyə teleqram ünvanlayaraq, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun 24.01.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi Abşeron Rayon Məhkəməsi tərəfindən təmin edildiyindən hazırki ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X1 Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 427.1-ci maddəsinə əsasən təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Göründüyü kimi, 14.03.2022-ci il tarixdə X6 məhkəmə teleqram təqdim edərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş geri sənədlər qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar