Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-116/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı şəhəri Nəriman rayon Məhkəməsinin 2(005)-2087/2018 saylı, 17.04.2018-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şakir Şabanov Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəriman rayon Məhkəməsinin 2(005)-2087/2018 saylı, 17.04.2018-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 462 manat məbləğində aliment pulu tutulub X1 verilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş və xəbərdarlıq verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2.-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. 27 09.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, E.T ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-116/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-116/2022
18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver