Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-116/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometerologiya Xidmətinə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməsi məqsədilə borclu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometerologiya Xidmətinə məxsus "YFANG YF200ZH- E X1“ markalı, 99-A-829 dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "YFANG YF200ZH-E "markalı, 99-A-836 dövlət qeydiyyat nişanlı, "YFANG YF200ZH-E X1 " markalı, 99-A-839 dövlət qeydiyyat nişanlı, "VAZ 21074" markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, ‘VAZ 21074 “ markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "QAZ 3302" markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı, “KHAZAR " markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı, "UAZ 31514" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı və "Chevrolet Nıva" markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yaninda Milli Hidrometeorologiya Xidmətindən 45000 (qırx beş min) manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı Borclu ünvanına bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir."Elektron İcra” İnformasiya sistemində Borclunə məxsus "YFANG YF200ZH-E X1 markalı, 99-A-829 dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, “YFANG YF200ZH-E X1 “markalı, 99-A-836 dövlət qeydiyyat nişanlı, “YFANG YF200ZH-E X1 " markalı, 99-A-839 dövlət qeydiyyat nişanlı, "VAZ 21074" markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074 “ markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "QAZ 3302" markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı , “KHAZAR " markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, “UAZ 31514" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı və "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələri aşkar edilmişdir. Göstərilənlərin nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2813/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədilə borclunun mülkiyyətində olan yuxarıda göstərilən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş edirlər. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasından aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən bütün nəqliyyat vasitəsinə deyil, icra sənədi üzrə tutumalı olan məbləğə mütənasib olaraq borclunun mülkiyyətində olan "YFANG YF200ZH-E X1“ markalı, 99-A-829 dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" **-AJ-*** dövlət qeydiyyat nişanlı, "YFANG YF200ZH-E "markalı, 99-A-836 dövlət qeydiyyat nişanlı, "YFANG YF200ZH-E X1 " markalı, 99-A-839 dövlət qeydiyyat nişanlı, "VAZ 21074" markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "QAZ 3302" markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı, "UAZ 31514" markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə həbs qoyulmasını daha ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometerologiya Xidmətinə "YFANG YF200ZH-E X1“ markalı, 99-A-829 dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "YFANG YF200ZH-E" markalı, 99-A-836 dövlət qeydiyyat nişanlı, "YFANG YF200ZH-E X1 " markalı, 99-A-839 dövlət qeydiyyat nişanlı, "VAZ 21074" markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, "QAZ 3302" markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı, "UAZ 31514" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Nıva" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-116/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-116/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver