Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-12/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin məcburi icra ödənişi haqqında qərarından borclu X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu X3 Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin qərarından məhkəməyə şikayət verərək, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2023-cü il tarixli “Məcburi icra ödənişi haqqında” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 38 saylı Notariat ofisinin xx.xx.2022ci il tarixli saylı icra qeydi üzrə X2 "xxxx" ASC-nin xeyrinə, cəmi 1729.54 manat məbləğində kredit borcunun və 25 manat dövlət rüsumunun tutulması qeydi aparılmış və icra qeydi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X5 həmin icra qeydini icra etməmişdir. Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri 38 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra qeydi üzrə X4 "xxxx" ASCyə hazırki tarixə qalıq borcu 1154,54 manat təşkil edir. “İcra haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, tələbin icrası həmin Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Nərimanov rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd edilən icra sənədinin Nərimanov rayon İcra Şöbəsinin icraatında olmadığı müəyyən olunmuş, müvafıq sorğu ilə icra Şöbəsinə müraciət edilmişdir. Həmin müraciət əsasında Nərimanov rayon icra şöbəsinin xx.xx.2023cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərar borclu X3 tərəfindən xx.xx.2023cü il tarixdə qəbul edilmiş və həmin qərardan şikayət vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə də eyni şikayət ərizəsi ilə, yəni Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2023-cü il tarixli “Məcburi icra ödənişi haqqında” qərarının ləğv edilməsi tələbi ilə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu X1 ərizəsi təmin edilmiş, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2023-cü il tarixli “Məcburi icra ödənişi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yekun məhkəmə aktı qəbul edildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin məcburi icra ödənişi haqqında xx.xx.2023-cü il tarixli qərarından borclu X3 tərəfindən verilmiş şikayət ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-12/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-12/2024
19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver