Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-121/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-4444/2014 nömrəli, 17.09.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,50 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)- 4444/2014 nömrəli, 17.09.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi iə Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,50 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 4444/2014 nömrəli, 17.09.2014-cü il tarixli icra sənədinə əsasən Borclu 2153,31 (iki min yüz əlli üç dollar 31 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən 24.11.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmiş və portal çıxarışına əsasən Borclu mülkiyyətində Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,50 ha torpaq sahəsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tələbkar "xxxx" ASC-nin Borclu qarşı pul tələbinə dair 2(007)-4444/2014 nömrəli, 17.09.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, borclu Borclu 2153,31 (iki min yüz əlli üç dollar 31 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - İcra məmurunun icraata başlamaq haqqında 24.11.2014-cü il tarixli qərarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - Borclu barəsində portal çıxarışından görünür ki, borclunun mülkiyyətində Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,50 ha və 0,492642 ha torpaq sahələri müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, tələbkar "xxxx" ASC-nin Borclu qarşı pul tələbinə dair Nizami Rayon Məhkəməsinin 2(007)-4444/2014 nömrəli, 17.09.2014-cü il tarixli qətnamənin icrasını təmin etmək məqsədi ilə Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,50 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Tələbkar "xxxx" ASC-nin Borclu qarşı pul tələbinə dair Nizami Rayon Məhkəməsinin 2(007)-4444/2014 nömrəli, 17.09.2014-cü il tarixli qətnamənin icrasını təmin etmək məqsədi ilə Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,50 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-121/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-121/2022
19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver