Məhkəmə qərarları › İş №8(005)-121/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-121/2023

30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-121/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən borclu BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu BOKT "xxxx" ASC Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən məhkəməyə şikayət ərizəsi verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icraası ilə əlaqədar icra məmurunun qanunsuz hərəkətlərinin dayandırılması və şəxsin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə BOKT "xxxx" ASC-dən (əvvəlki adı BOKT "xxxx" QSC) dəymiş zərərin əvəzi olaraq 44767,45 manat pul vəsaitinin X1 ödənilməsinə qət edilmişdir. Bununla əlaqədar olaraq Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X4 xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar çıxarmış və cəmiyyətə könüllü icra ilə əlaqədar bildirişi göndərməmişdir. İcra məmuru aşağıda qeyd edilən hərəkətləri ilə cəmiyyətin prosessual hüquqlarım pozmuşdur və onun hərəkətləri qanunaziddir. BOKT "xxxx" ASC tərəfindən ünvan 1 ünvandakı binanın birinci mərtəbəsində yerləşən 105,3 kv.m qeyri-yaşayış sahəsinin təmir işlərinə 19450 manat xərc çəkilmişdir ki, qeyri yaşayış sahəsinin istifadə hüququndan məhrum qalmış cəmiyyət bu hissədə və xx.xx.2023-cü il tarixli AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin arayışına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində icarə gəliri üzrə ödənilmiş vergi məbləği 6267,45 manat zərərə uğramışdır. BOKT "xxxx" ASC-nə ümumilikdə 25717,45 manat maddi zərər dəymişdir ki, bu məsələ məhkəmə tərəfindən nəzərə alınmamış icra məmuru isə öz növbəsində qeyd edilən məbləği borc qalığından çıxmayaraq bütün borcu olduğu kimi icaaya yönəltmişdir. Bu məsələlərin araşdırılması və işə yenidən baxılması üçün həm Azərbaycan Respublikası Ali Məhkəməsinə “Əlavə Kassasiya Şikayəti” həm də, AR Konstitusiya Məhkəməsinə “Konstitusiya Şikayəti” verilmişdir. İcra məmuru X3 çıxardığı xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarda cəmiyyət BOKT "xxxx" ASC kimi qeyd edilmişdir ki, bu da çıxarılmış qərarın icra edilməsinin aidiyyəti üzrə bizə məxsus olmadığını göstərir. Borcun yaranmasına səbəb olmuş cavabdeh X2 qarşı BOKT "xxxx" ASC tərəfindən cəmiyyətə dəymiş zərərin ödənilməsi üçün mülki qaydada Sabunçu Rayon Məhkəməsinə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırılmışdır. Hazırda bu məsələ ilə bağlı icraatın dayandırılması zəruridir. Konstitusiya şikayəti icraata qəbul ediləcəyi təqdirdə icraatın dayandırılmasının məcburiliyi tələblərinin pozulması təhlükəsi vardır. Həmçinin borclu olaraq bu məsələ ilə bağlı iddia tələbi verdiklərindən yekun məhkəmə aktı çıxana qədər icraatın dayandırılmasına ehtiyac vardır. İcra məmurunun qeyd edilən qanunsuz hərəkətləri icraatın dayandırılmasının mümkün olduğu hallara şamil edilir. İcra məmuru X5 bütün bu qaydalara əməl etmədən və İcra haqqında Azərbaycan Respublikası qanununun 85-ci maddəsinin tələblərini pozaraq qanunsuz olaraq cəmiyyətin "xxxx" ASC-də olan hesabına qanunsuz həbs qoymuş, pulun tutulmasına dair qanunsuz hərkətlər etmişdir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə icra işini və şikayətdə qeyd olunan dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022-05 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır; Nərimanov rayon İcra şöbəsinin BOKT "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə ünvanladığı “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022-05 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. “İcra haqqında” Qanunun: 17.1.8-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 19.1.5-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək icraat dayandırılır. 20.5-ci maddəsində göstərilir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.1. Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.8. Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4011/2022-05 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlamaq haqqında qərar qəbul edilmişdir. Borclunun nümayəndəsi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən şikayət verərək, icra məmurunun icrasında olan icra sənədi üzrə icra hərəkətlərinin dayandırılmasını xahiş edilmişdir. İcra hərəkətlərinin dayandırılmasını onunla əsaslandırmışdır ki, icra sənədinin qəbul olunmasına əsas olmuş borcun yaranmasına səbəb olmuş cavabdeh X2 qarşı iddia qaldırılmışdır. Hazırda iddia üzrə mülki iş üzrə konstitusiya şikayəti verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra hərəkətlərinin dayandırılmasının məcburi olan hallardan biri iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması göstərilmişdir. Hazırda ərizəçi ərizəsində məhkəmə aktından konstitusiya şikayətinin verilməsini qeyd etsə də, lakin həmin şikayətin icraata qəbul edilməsi haqqında hər hansı sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə aktından konstitusiya şikayətinin verilməsi icra hərəkətlərinin dayandırılmasına səbəb olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin konsitusiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilə bilər və bu halda icra hərəkətlərinin dayandırılması əsassız olacaqdır. İcra məmuru tərəfindən borclu BOKT "xxxx" ASC-nin "xxxx" ASC-də olan hesabına həbsin qoyulması və digər icra hərəkətlərin aparılması qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən borclu BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin hərəkətlərindən borclu BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar