Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-124/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1428/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyevin təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1101/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin tələblərinə əsasən Borclu cəmi 12218 manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar Ləğv prosesində olan Tələbkar ASC- nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2318-ci il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə bildiriş göndərilmişdir. Tələbkar Ləğv prosesində olan Tələbkar ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, icra sənədinin icrası tam təmin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1428/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 10A saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş LPO Tələbkar ASC-nin xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Ləğv prosesində olan “Tələbkar" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 092/11 saylı kredit müqaviləsinə əsasən 100000 ( yüz min) manat məbləğində kredit verilmişdir. Bildirilir ki, xx.xx.2020-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-1101/2018 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda Borclu sözügedən qətnamə üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun borcu olmadığından təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-1428/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 10A saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-124/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-124/2021
26.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver