Məhkəmə qərarları › İş №8(005)-125/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-125/2021

26.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-125/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1408/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı üzrə borclu X3 məxsus nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək Qarayev borclu X3 məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Tərtər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(061 )-207/2017 saylı, 06.03 2017-ci il tarixli icra sənədinə əsasən borclular X5 və Borclu cəmi 4144 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyirinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2017-ci il tarixdə daxil olmuş və “icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Tərtər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(061)-207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X2 mülkiyyətində olan “Mercedes 200" minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-227/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tərtər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(061)-207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi borclu X4 tərəfindən tam təmin olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1408/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan “Mercedes 200” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş LPO Tələbkar ASC-nin xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061 )-207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə borclu X1 ləğv prosesində olan Tələbkar ASC qarşısında olan öhdəliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “^Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun borcu olmadığından təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov rayon Məhkəməsinin 8(005)-1408/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan “Mercedes 200” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar