Məhkəmə qərarları › İş №8(005)-125/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-125/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-125/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022-18 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu həyat yoldaşı X2 məxsus əmlakların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu həyat yoldaşı X1 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2022/2022-18 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 510000 manat əsas borc, 70125 manat məbləğində gecıkdirilmiş vaxt uçun faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçun müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmişdir. “Elektron İcra” sistemindən verilən sorğuya əsasən Borclu mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 17.01 2024-cü il tarixli, 78 saylı məktubundanda göründüyü kimi borclu Sadıqov Borclu Yeganə Məcid qızı ilə 21.11 1988-ci il tarixli nikah haqqında akt ilə qeydə alınmışdır. “Elektron İcra” sistemindən əldə etdiyimiz məlumatdan görünür ki, Borclu həyat yoldaşı X1 mülkiyyətində Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi olduğu müəyyən olunmuşdur. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022-18 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat iddiaçı Tələbkar xeyrinə tutulmalıdır; xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022-18 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu həyat yoldaşı X1 mülkiyyətində Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi mövcuddur; Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sadıqov Borclu Yeganə Məcid qızı ilə nikahı qeydiyyat şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixli nikah haqqında akt qeydi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borclunun arvadına məxsus daşınmaz əmlakların mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilməli, Borclu həyat yoldaşı X2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022-18 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu həyat yoldaşı X2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar