Məhkəmə qərarları › İş №8(005)-129/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-129/2023

12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-129/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tələbkar X2 iştirakı ilə, Tələbkar X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6938/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-6938/2017 nömrəli, xx.xx.2017ci il tarixli qətnaməsi ilə vurulmuş maddi zərərin əvəzi kimi 1810 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1840 manat məbləğində pul vəsaitinin Borclu tutularaq X3 ödənilməsi qət edilmişdir. X4 İsakoviç ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 2018-ci ildən 2023-cü ilədək ödəmədiyi 1840 manat pul vəsaitinin indeksasiyasının müəyyən edilərək X3 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon məhkəməsinin 2(005)- 6938/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə vurulmuş maddi ziyanın əvəzi kimi 1810 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1840 manat məbləğində pul vəsaitinin Borclu tutularaq X3 ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin göstərilən qətnaməsi indiyədək icra edilməyibdir. Ona görə də tələbkar hesab edir ki, məhkəmə tərəfindən həmin pul məbləğinin indeksasiyası həyata keçirilməlidir. Məhkəmə iclasında X4 İsakoviç ərizəsinə uyğun çıxış edərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru və borclu məhkəməyə gəlməmişlər, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6938/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X2 Borclu qarşı iddia tələbi təmin edilərək, vurulmuş maddi ziyanın əvəzi kimi 1810 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1840 manat məbləğində pul vəsaitinin Borclu tutularaq X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, istehlak qiymətləri indeksi 2022-ci ildə 2018-ci ilə nisbətən 128.0 faiz təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3307 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırki ekspertiza tədqiqatı ilə ekspertiza qarşısında qoyulmuş sual üzrə 2017-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayınadək olan müddət ərzində əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmasına görə istehlak qiymətləri indeksi 141.4% dərəcəsi nəzərə alınmaqla (yəni qiymətlərin səviyyəsi 41.4% artmışdır) 1840 manat indeksasiya edilərək 2601.76 (1840 x 141.4%) manat müəyyən edilmişdir. İş materiallarında olan ödəniş kağızlarından məlum olur ki, X2 kart hesabına xx.xx.2023-cü il tarixdə 1221 AZN ödəniş edilmişdir. İcra işinin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı İcra şöbəsi tərəfindən tələbkar X3 06 dekabr 2021-ci il və 08 iyun 2021-ci il tarixlərdə bildiriş göndərilərək Borclu tərəfindən müvafiq olaraq 800 (səkkiz yüz) və 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini ödənildiyi, ödənişin qəbul edilməsi üçün müvafiq bank hesabının təqdim edilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə verilmiş ərizəni, habelə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə borcludan tələbkarın xeyrinə tutulacaq pul məbləği inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətlərinə, və onun əasında verilmiş ekspert rəyinə istinad olunmaqla indeksasiya olunmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 6938/2017 nömrəli qətnaməsi ilə Borclu tərəfindən X3 1840 manat pul məbləği ödənilməli olduğu qət edilmiş, iş üzrə çıxarılmış məhkəmə aktı icraya yönəldilmişdir. Lakin icra sənədinin icrasını təmin etmək mümkün olmamış və icra vərəqinin verildiyi tarixdən 5 ilə yaxın müddət ötmüşdür. Bu səbəbdən də icra vərəqində tutulması tələb olunan məbləğin indeksasiya olunmasına ehtiyac vardır. Mülki iş üzrə 1840 manat məbləğində pul vəsaitinin 2017-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayınadək hesablanmış cari dəyərinin müəyyən olunması üçün ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyindən icra vərəqində göstərilən məbləğin 2601.76 manat olduğu müəyyən olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə borclu şəxs Borclu 1840 manat olan borcundan 1221 manat məbləğində depozit hesabdan tələbkarın bank hesabına yönləndirilmiş, 619 manat qalıq borcu qalmışdır. Məhkəmə tərəfindən 1840 manat pul məbləğindən qalıq borc – 619 manat pulun 2017-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayına qədər olan indeksasiya edilmiş məbləği 875,2 (619 x 141.4%) manat olduğu müəyyən edilmişdir. Məhkəmə hazırki ərizəyə baxış müddətində icra şöbəsi tərəfindən tələbkarın bank hesabına 1221 manat məbləğində ödəniş edildiyini, icra işinin materiallarına əsasən borclunun 2021-ci ildə icra sənədi üzrə 1500 manat məbləğində ödəniş edildiyini nəzərə alaraq, hesab edir ki, indeksasiya məbləğinin tələbkarın bank hesabına faktiki ödənilən vəsait əsas götürülərək hesablanması daha ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6938/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizəsi qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 6938/2017 nömrəli qətnaməsi ilə Borclu tərəfindən X3 ödənilməli olan 1840 manat pul məbləğindən qalıq borc – 619 manat pulun 12 dekabr 2017-ci il tarixdən qərardad qəbul edilən 12 iyul 2023-cü il tarixdək qədər olan indeksasiya edilmiş məbləği 875,2 (səkkiz yez yetmiş beş manat iyirmi qəpik) manat olduğu müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Borclu tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar