Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-130/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu BOKT “İnternational" QSC-dən 44767,45 manat məbləğində pul vəsaiti tutularaq X2 qızının xeyirinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya rəsmi qaydada təqdim edilmişdir. Lakin tələb könüllü icra müddətində təmin edilmədiyindən, borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Nərimanov rayon Məhkəməsinin 8(005)-121/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, borclu BOKT İnternational” QSC-nin icra məmurunun qərarlarından şikayət vermiş və sözügedən icra işi hazırda baxılması üçün Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Bu səbəbdən həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək icraatın dayandırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar, borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən dəymiş zərərin əvəzi olaraq 44767.45 manat (qırx dörd min yeddi yüz altmış yeddi manat qırx beş qəpik) pul vəsaiti BOKT "xxxx" QSC-dən alınıb X1 ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 121/2023 nömrəli bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayətə baxılması üzrə məhkəmə iclası təyin edilmişdir. - BOKT "xxxx" ASC tərəfindən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 001-190-023 nömrəli xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 8(005)- 121/2023 şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının dayandırılması xahiş olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə əsasən icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icraat dayandırılır. Hazırda qeyd olunan təqdimata əsasən icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hərəkətlərin müvəqqəti dayandırılmasını məhkəmədən xahiş etməkdə məqsədi, həmin icra sənədi üzrə onun hərəkətlərindən edilmiş şikayətə dair məhkəmə araşdırması veriləcək hüquqi qiymətləndirməyə dair nəticələrinin müəyyən edilməsidir. Belə olan halda icra məmurunun qeyd olnunan hərəkətlərinin qanuniliyinin müəyyən edilməsi zəruridir. Məhkəmə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası dayandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4011/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası dayandırılsın. Qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-130/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-130/2023
30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver