Məhkəmə qərarları › İş №8(005)-132/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-132/2022

18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-132/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun Borclu MMC-yə məxsus olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək, borclu "xxxx" MMC-yə məxsus olan DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı və DAEWOO BS106 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-2816/2014 nömrəli, 03.07.2014-cü il tarixli icra sənədinə əsasən X2 ölməsi nəticəsində ailə başçısının itirilməsinə görə 08.11.2011-ci il təvəllüdlü X3 18 yaşına qədər saxlanması üçün 18.07.2013-cü il tarixdən hesablanmaqla hər ay 500 manat sabit pul vəsaiti "xxxx" MMCdən tutularaq Tələbkar1 ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3628/2017 nömrəli, 12.10.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən avtobusların təmir xərci üçün 40000 manat məbləğində maddi ziyan, avtobusların icarəsi üçün artıq ödənilmiş 26280 manat olmaqla, cəmi 66280 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2020 nömrəli, 12.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə ******* (beş milyon) manat Tələbkar3 xeyrinə tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2102/2020-004 nömrəli, 20.07.2020ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 949,90 manat məbləğində pul vəsaiti və 20,40 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Günay Sığorta” ASÇ-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1804/2020-009 nömrəli, 04.09.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən və X1 dəymiş ziyanın əvəzində 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-202/2016 nömrəli, 26.01.2016-cı il tarixli icra sənədinə əsasən vurulmuş maddi zərərin əvəzi kimi 400 manat hüquqi məsləhətə görə ödənilmiş 30 manat, iddia ərizəsinin hazırlanmasına görə ödənilmiş 20 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu borclu "xxxx" MMC-dən tutulub Tələbkar6 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2796/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 2002,12 manat məbləğində pul vəsaiti tutulub "Paşa Sığorta “ ASC-yə ödənilməlidir. İcra sənədləri Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu "xxxx" MMC-yə məxsus olan DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı və DAEWOO BS106 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı avtomobillərin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bu halda təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-2816/2014 nömrəli, 03.07.2014-cü il tarixli icra sənədinə əsasən X2 ölməsi nəticəsində ailə başçısının itirilməsinə görə 08.11.2011-ci il təvəllüdlü X3 18 yaşına qədər saxlanması üçün 18.07.2013-cü il tarixdən hesablanmaqla hər ay 500 manat sabit pul vəsaiti "xxxx" MMCdən tutularaq Tələbkar1 ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3628/2017 nömrəli, 12.10.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən avtobusların təmir xərci üçün 40000 manat məbləğində maddi ziyan, avtobusların icarəsi üçün artıq ödənilmiş 26280 manat olmaqla, cəmi 66280 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2020 nömrəli, 12.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə ******* (beş milyon) manat Tələbkar3 xeyrinə tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2102/2020-004 nömrəli, 20.07.2020ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 949,90 manat məbləğində pul vəsaiti və 20,40 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Günay Sığorta” ASÇ-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1804/2020-009 nömrəli, 04.09.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən və X1 dəymiş ziyanın əvəzində 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-202/2016 nömrəli, 26.01.2016-cı il tarixli icra sənədinə əsasən vurulmuş maddi zərərin əvəzi kimi 400 manat hüquqi məsləhətə görə ödənilmiş 30 manat, iddia ərizəsinin hazırlanmasına görə ödənilmiş 20 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu borclu "xxxx" MMC-dən tutulub Tələbkar6 xeyrinə ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2796/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 2002,12 manat məbləğində pul vəsaiti tutulub "Paşa Sığorta “ ASC-yə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1 borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, borclu "xxxx" MMC-yə məxsus olan DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı və DAEWOO BS106 AVTOBUS markalı **- TE-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Borclu "xxxx" MMC-yə məxsus olan DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE- *** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı, DAEWOO BS090 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı və DAEWOO BS106 AVTOBUS markalı **-TE-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar