Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-133/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 2(005)-4640/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmurunun qərarının ləğv olunması və icra sənədinin icraya yönəldilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarını ləğv edib, Borclu barəsində olan tələbkarı olduğu Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 2(005)-4640/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini yenidən icraya yönəldilməsi və bu barədə kreditor “Bank of Baku“ ASC-yə məlumat verilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə təqdim edərək ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin -13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. -260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizəçi – tələbkar ərizənin geri qaytarılması barədə ərizə verdiyindən, digər tərəflər isə məhkəmə iclasında iştirak etməməklə - işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən və iş hazırda məhkəmə baxışı mərhələsində olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 2(005)-4640/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmurunun qərarının ləğv olunması və icra sənədinin icraya yönəldilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 2(005)-4640/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmurunun qərarının ləğv olunması və icra sənədinin icraya yönəldilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-133/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-133/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver