Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-138/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə xx.xx.2001-ci il tarixdə Şirvanda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 189/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tərəfindən “Toyota Corolla” markalı, **-DE-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 10800 manat və 15,80 manat dövlət rüsumu Borclu X1 xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Borclu tutularaq, 100 manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. İcra sənədi üzrə borlu Borclu yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış haqqında qərar qəbul edilərək, icra edilməsi üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmiş, axtarış qərarı Nərimanov rayon Polis idarəsi tərəfindən qəbul edilərək borclu barəsində axtarış elan edilmiş, nəticədə xx.xx.2023-cü il tarixdə Nərimanov rayon Polis bölməsi tərəfindən Borclu Nərimanov rayon icra şöbəsinə təhvil verilmiş və sözügedən icra sənədi üzrə icraata başlama haqqında qərarın və tələbin könüllü icrası ilə bağlı bildirişin surətləri rəsmi qaydada borcluya təqdim edilmişdir. Daha sonra isə Borclu icra sənədində qeyd edilən borcu ödəməyə imkanının olmadığı üçün izahatı alınaraq, MN ******* saylı, xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol hazırlanaraq məhkəməyə çıxarılmış və Nərimanov Rayon Məhkəməsinin 3(005)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun barəsində tərtib edilmiş MN ******* saylı, xx.xx.2023- cü il tarixdə inzibati xəta haqqında protokola xitam vermişdir. İcra sənədinin icrasından yayınan Borclu ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olur. Məhkəmə iclasında iştirak edən tələbkar X3 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu tərəfindən “Toyota Corolla” markalı, **-DE-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 10800 manat və 15,80 manat dövlət rüsumu Borclu iddiaçı X2 xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pul cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir; Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə Borclu bildiriş göndərilmiş və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. Həmin bildirişi xx.xx.2023-cü il tarixdə Borclu imzalayaraq qəbul etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra məmuru tərəfindən göndərilən tələbin könüllü icrası haqqında bildirişdən xəbərdar olmuşdur. İş materiallarına əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, borclunun adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, həmçinin bank hesabları barədə məlumat yoxdur. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, bununla belə borclu Nərimanov Rayon Məhkəməsinin 2(005)- 189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumun borclunun ölkədən getmək hüququna məhdudlaşdırılması ilə bağlı hüquqi mövqeyinə görə, borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32) mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (X7 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərar). Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar lazımi icra hərəkətlərinin aparılmasına baxmayaraq, icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2001-ci il tarixdə Şirvanda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-138/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-138/2023
07.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver