Məhkəmə qərarları › İş №8(005)-139/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-139/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-139/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, X1 Bakı Apellyasiya Məhkəməsinin 08,10,2021-ci il tarixli, 2-2(103)-1106/2021 nömrəli icra sənədinin icra edilməsinə möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 08.10,2021-ci il tarixli, 2-2(103)-1106/2021 nömrəli icra sənədinin icrasına 2022-ci ilin iyun ayına qədər möhlət verilməsi və hissə-hissə qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 08.10,2021-ci il tarixli, 2-2(103)-1106/2021 nömrəli icra sənədinə əsasən X5 və X6 tərəfindən “SHAQMAN SX3115DT406” markalı, **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı, **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ- ***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı Lizinq obyektləri “Standard Lizinq” MC-yə qaytarılmalıdır. Ərizəçi icra vəərəqəsində göstərilən maşınların bir hissəsini “Standard Lizinq” MC-yə təhvil versə də onun istifadəsində qalmış dörd ədəd “SHAQMAN SX3115DT406” markalı, **-JU-***, **-JU-***, **-JU-*** və “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlar 021-ci ilin iyun ayından Kəlbəcər-Zod yolunda yol çəkilişində istifadə olunması üçün icarəyə verdiyi çəxs tərəfindən oraya aparılmışdır. Ərizəçi Azərbaycan Respublikasının adından çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına etiraz etmir. Lakin hazırda maşınları icarəyə götürən şəxs qeyd olunan avtomobillərin bizdən alındığını səbəb göstərərək başqa maşınları icarəyə götürdüyündən 2021-ci il noyabr ayından həmin maşınları Kəlbəcər-Zod yolunda yerləşən hərbi postun yaxınlığında qoyaraq tərəfimizdən götürülməsini bildirsə də, həmin vaxtdan hal-hazıra kimi həmin ərazidə hava şəraitinin əlverişsiz olması, həmçinin həmin maşınların işlək vəziyyətdə olmaması ilə əlaqədar həmin maşınların gətirilərək təhvil verilməsi mümkün olmamışdır. Bunu nəzərə alaraq hazırkı qətnamənin icrasına 2022-ci ilin iyun ayına qədər möhlət verilməsi və hissə-hissə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 tərəfindən dəftərxana vasitəsilə ərizə ilə müraciət olunaraq Bakı Apellyasiya Məhkəməsinin 08.10,2021-ci il tarixli, 2-2(103)-1106/2021 nömrəli qətnaməsinin icrasına möhlət verlməsi barədə ərizəsinə məhkəmə iclasında baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və tələbkar xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etmımiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Bu halda təqdimata onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 08,10,2021-ci il tarixli, 2-2(103)-1106/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X3nun ərizəsi baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 08,10,2021-ci il tarixli, 2-2(103)-1106/2021 nömrəli icra sənədinin icra edilməsinə möhlət verilməsinə dair X3nun ərizəsi baxılmadan geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar