Məhkəmə qərarları › İş №8(005)-140/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-140/2022

12.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-140/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, X1 Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun qətnamənin icrasını təmin etmədiyinə görə barəsində xüsusi qərar çıxarılması, qətnamənin icrasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə həvalə ediməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 cavabdeh X6 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası Nərimanov Rayon Məhkəməsinun 18.11.2020-ci il tarixli, 2(005)-3466/2020 №-li qətnaməsi ilə qismən təmin edilmiş, iddiaçı X5 azyaşlı övladı X7 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu İsaqzadə küçəsi, 9 saylı evin 8 saylı mənzilinə köçürülməsi qət edilmişdir. X2 tərəfindən dəftərxana vasitəsilə ərizə ilə müraciət olunaraq Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və tələbkar xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etmımiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Bu halda təqdimata onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 08,10,2021-ci il tarixli, 2-2(103)-1106/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu X4 ərizəsi baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair X2nun ərizəsi baxılmadan geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar