Məhkəmə qərarları › İş №8(005)-140/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-140/2024

28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-140/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2557/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə Gursu Hamitin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunın təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2557/2023 saylı, xx.xx.2023-cu il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1965-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Gursu Hamitin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-601/2023 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2557/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Gursu Hamitin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-601/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, (005)-601/2023 saylı qərardadı ilə qərardad dəyişdirilmədən saxlanılmış və şikayət, 8(005)-601/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və təqdimata yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 427.1-ci maddəsinə əsasən şikayəti, ərizəni və ya protesti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, təqdimatın geri qaytarılması haqda icra məmurunun xahişini nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152.1,263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2557/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə Gursu Hamitin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar