Məhkəmə qərarları › İş №8(005)-142/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-142/2023

04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-142/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8220/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-8634/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 21 və 22 saylı mənzillərin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8220/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 8634/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 21 və 22 saylı mənzillərnin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8220/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X1 xeyrinə ödənilməli, borclu "xxxx" MMC-dən mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq tələbkarX2 xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-8634/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 5495,14 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 21 və 22 saylı mənzillərin olması müəyyən edilmişdir. İcra məmuru hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borcluya məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 21 və 22 saylı mənzillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmalı və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8220/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X2 xeyrinə ödənilməli, borclu "xxxx" MMC-dən mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq tələbkar X2 xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Borclu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-8634/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 5495,14 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - İcra məmurunun icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin tarixdə borclulara tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - Borclu haqqında məlumatlardan görünür ki, Borclu məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 21 və 22 saylı mənzillər müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırda təqdimat və ona əlavə edilmiş materiallardan görünür ki, hazırda icra sənədində müəyyən edilmiş borclunun öhdəlikləri yerinə yetirilməsinə yönəlmiş məcburi icra hərəkətləri üzrə göstərilən hər iki daşınmaz əmlaka məhdudiyyətin qoyulmasını xahiş etmişdir. Lakin məhkəmə borclunun icra sənədi üzrə öhdəliyinin yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə təqdimatda göstərilmiş Borclu məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 22 saylı mənzilə dair məhdudiyyət qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8220/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)- 8634/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 22 saylı mənzilinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8220/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-8634/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 838-839-cu məhəllə, ev 12, 22 saylı mənzilinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar