Məhkəmə qərarları › İş №8(005)-149/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-149/2023

31.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-149/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon İcra şöbəsinin 28 sentyabr 2017-ci il tarixli və 18 avqust 2022-ci il tarixli “icra ödənişinin alınması barədə” qərarlarının Borclu mülkiyyətində olan “Zaz Lanos TF69Y minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(005)-6656/2017 saylı, xx.xx.2017-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 2(004)- 14841/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinin və Nərimanov Rayon İcra şöbəsinin 28 sentyabr 2017-ci il tarixli və 18 avqust 2022-ci il tarixli “icra ödənişinin alınması barədə” qərarlarının icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Zaz Lanos TF69Y minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6656/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu 11446,99 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2017-ci il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün xx.xx.2017-ci il tarixli qərarla 81,68 manat məbləğində icra ödənişinin alınması haqqında qərar qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-14841/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu 274,60 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Yasamal Rayon İcra Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş və Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, icra sənədi üzrə icraata xx.xx.2016-cı il tarixdə başlanılmış, həmin tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün xx.xx.2022-ci il tarixli qərarla 19,22 ABŞ dolları və 1,40 manat məbləğində icra ödənişinin alınması haqqında qərar qəbul edilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron icra” İnformasiya sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “Zaz Lanos TF69Y minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən edilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan icra məmuru tərəfindən üzərinə həbs qoyulması xahiş olunan əmlak borclunun mülkiyyətində olduğu müəyyən edilmir. «İcra haqqında » Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericiliyin mənasına görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, təqdimatda göstərilən əmlak borclunun mülkiyyətində olmadığına görə, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə əmlakın üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərovun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6656/2017 saylı, xx.xx.2017-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 2(004)-14841/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinin və Nərimanov Rayon İcra şöbəsinin 28 sentyabr 2017-ci il tarixli və 18 avqust 2022-ci il tarixli “icra ödənişinin alınması barədə” qərarlarının icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Zaz Lanos TF69Y minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar