Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-150/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5195/2021 nömrəli, 25.11.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar və daşınmaz əmlakına yönəldilməsi üçün Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5195/2021 nömrəli, 25.11.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar və daşınmaz əmlakına yönəldilməsi üçün Borclu mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5195/2021-008 nömrəli, 25.11.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 7000 manat məbləğində pul və ödənilmiş 90 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 05.01.2022-ci il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində Qəbələ rayonu, Vəndam qəsəbəsində olan 0.0850 ha torpaq sahəsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1243-də yerləşən sahəsi 293,10 kv.m olan bağ evi, “Toyota Corolla minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı, **-VB-*** dövlət qeydiyya: nişanlı, “X3 minik" markalı, 77- BO-563 dövlət qeydiyyat nişanlı, “Kia Sorento minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5195/2021-008 nömrəli, 25.11.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun Daşınar və Daşınmaz əmlakına yönəldilməsi üçün mülkiyyətində Qəbələ rayonu, Vəndam qəsəbəsində olan 0.0850 ha torpaq sahəsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1243-də yerləşən sahəsi 293,10 kv.m olan bağ evi, “Toyota Corolla minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı, “X3 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, Borclu məxsus Daşınar və Daşınmaz əmlakına yönəldilməsi üçün mülkiyyətində Qəbələ rayonu, Vəndam qəsəbəsində olan 0.0850 ha torpaq sahəsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1243-də yerləşən sahəsi 293,10 kv.m olan bağ evi, “Toyota Corolla minik” markalı, **-VG- *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı, “X3 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. Məhkəmə ödəniləcək borc məbləğini nəzərə alaraq hesab edir ki, müvafiq icra vərəqəsi üzrə Borclu məxsus Daşınar və Daşınmaz əmlakına yönəldilməsi üçün mülkiyyətində “Toyota Corolla minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı, “X3 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5195/2021 nömrəli, 25.11.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus mülkiyyətində “Toyota Corolla minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı, “X3 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qalan hissədə təqdimat təmin edilməsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-150/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-150/2022
11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver