Məhkəmə qərarları › İş №8(005)-150/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-150/2023

06.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-150/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-186/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, ilə ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4275/2019/008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 12000 (on iki min) manat əsas, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 12500 (on iki min beş yüz) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə həbs qoyulmuşdur. Belə ki, tələbkar "xxxx" MMC xx.xx.2023-cü il tarixli məktubla Nərimanov Rayon İcra şöbəsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2019-008 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində qeyd edilən tələbin tam şəkildə icra olunduğunu və Borclu qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə qoyulmuş həbsin ləğv olunması zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2019/008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 12000 (on iki min) manat əsas, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 12500 (on iki min beş yüz) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Borclu "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən Borclu məxsus əmlak üzərində məhdudiyyətlərin götürülməsi məqsədəmüvafiqdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1.1-ci Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir; 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi qanunvericliklə müəyyən edilmiş müddətlərdə icra edilmədikdə icra məmurları tərəfindən məcburi icra tədbirlərin keçirilməsi üçün əsas yaranır. Göründüyü kimi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Borclu "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəmişdir. Bu da hüquqi baxımdan həbsin götürülməsinin məqsədəmüvafiqliyini şərtləndirir. Bu səbəbdən təqdimat təmin edilməli, ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-186/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar